Koronavirusun təhlükəsi ilə əlaqədar İranla həmsərhəd ölkələrin sərhədləri bağlaması nəticəsində bu ölkənin ərazisində qalan Qırğızıstan yük maşınlarına Azərbaycan tranzit dəhlizi təqdim edilib.
Yenixeber.org: Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qeyd olunur ki, Qırğızıstana məxsus 62 yük maşını İran-Azərbaycan və İran-Türkmənistan sərhədində qalmışdı.
Martın 9-a olan vəziyyətə görə, bu maşınlardan 23-ü Azərbaycan sərhədində “Astara” nəzarət-buraxılış məntəqəsində qalıb.
Nazirliyin məlumatında deyilir ki, 9-11 mart tarixlərində 12 maşın Azərbaycan ərazisinə daxil olub. Daha 11 maşının sürücüsünün gömrük-pasport yoxlamasından keçəndən sonra Azərbaycan ərazisinə daxil olacağı gözlənilir.