Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Neftçala ekoloji fəlakət astanasında –Xəzər dənizinin suyu Kür çayında 40 kilometr irəlilədi

Neftçala ekoloji fəlakət astanasında – Xəzər dənizinin suyu Kür çayında 40 kilometr irəlilədi

“Son günlər Kür Xəzərə yox, Xəzər Kürə axır, artıq dəniz suyu 40 km Kür çayında irəliləyib, su soranlaşıb. Nəticədə Neftçalada ekoloji fəlakət təhlükəsi var, rayonun Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə, 15 yaşayış məntəqəsində su problemi var”.

Yenixeber.org: Bunu iqtisadçı-ekspert Natiq Cəfərli yazıb.

O, əhəlinin istifadə etməyə su tapmadığını, çox ciddi içməli su qıtlığı yarandığını vurğulayıb:

“Aqrar sektorda suvarma problemi var, bəzi fermerlər əkin sahələrini suvarmaq üçün şor sudan istifadə etmək məcburiyyətində qalıb ki, bu da səhv qərardır.

Kürün deltasında yaranan problemləri həll etmək üçün son illər büdcədən on milyonlarla pul ayrıldı, basıb yedilər. Kürün su resurslarının vəhşicəsinə istismar edilməsi, hökumətin bacaraqsızlığı, korrupsiya Kür deltası problemini 25 ildir həll etməyə mane olur. Kəndləri subasmadan qorumaq üçün deltanı təmizləyərkən elmi yanaşma olmadı, hesablamalar səhv aparıldı, indi həm buna, həm də Kürün suyu azaldığına görə Xəzərin suyu çaya qarışır, unikal ekosistem məhv olmaq təhlükəsi ilə üzləşir. Bu çox ciddi problemdir, ağılla, elmi yanaşma ilə təcili həll edilməlidir!”.    /Yenisabah.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam