Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xəzər Kürə axıb, 40 kilometr irəlilədi -VİDEO

Xəzər Kürə axıb, 40 kilometr irəlilədi - VİDEO

Neftçalada dəniz suyu Kür çayına qarışıb. Daha doğrusu artıq Kür Xəzərə yox, Xəzər Kürə axır

Yenixeber.org: Son günlər Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi minimum həddə düşüb.

Ötən ilin aprelində çayda suyun orta dərinliyi 162 santimetr təşkil edirdisə, müvafiq dövrdə 109 santimetr olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 santimetr aşağıdır. Odur ki, son 20 gündə dəniz suyu Kür çayının 40 kilometr məsafəsinə qədər irəliləyib. Nəticədə rayonun I Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə 15 yaşayış məntəqəsində su problemi yaranıb.

Yaranmış problemin aradan qaldırılması üçün 10-dan çox su maşını ayrılıb. Həmin maşınlar vasitəsi ilə yaşayış məntəqələrində quraşdırılmış 170-ə yaxın çənə su vurulur, əhali də bundan istifadə edir.

Kür çayının şorlaşması kənd təsərrüfatına da öz mənfi təsirini göstərib. Yaz-tarla işlərinin qızğın çağı olmasına baxmayaraq, fermerlər su qıtlığı ilə üzləşməli olublar. Bəzi fermerlər isə əkin sahələrini suvarmaqdan ötrü şor sudan istifadə etmək məcburiyyətində qalıblar.

Hazırda Kür çayında şor suyun əhatə etdiyi 10 nasos stansiyasını 5-i dayandırılıb. Məcburiyyət qarşısında qalan bəzi fermerlərin istəyiilə, qalan su nasoslarının vasitəsi ilə kanallara şor su ötürülür.

Mütəxəssislərin fikrincə, vəziyət bir qədər də belə davam edərsə, rayonda ekoloji təhlükə yarana bilər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam