Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Təhlükə böyüyür - Kür Xəzərə yox, Xəzər Kürə tökülür -VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi baş verir. Xəzər dənizi Kür çayına tökülərək irəliləməkdə davam edir.

Yenixeber.org: Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub.

“Report” Kür çayında suyun səviyyəsinin kritik həddə enməsi və qabaqlayıcı tədbirlərin görülmədiyi təqdirdə ciddi ekoloji təhlükənin yaranacağı barədə mütəmadi olaraq xəbərlər dərc edirdi. Heç bir qabaqlayıcı tədbir görülməməsi nəticəsində bu təhlükə baş verdi. Çayda suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi səbəbiilə artıq Kür Xəzərə yox, Xəzər Kürə axmağa başlayıb. Dənizinin şor suyu isə çayın şirin suyunu istifadəyə yararsız edib. Bu özünü daha çox çayın Neftçala rayonu ərazisindən keçən hissəsində qabarıq göstərir.

İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 nömrəli, 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar. Bununla bağlı rayon İcra Hakimiyyətində operativ qərargah yaradılıb.

Yaranmış problemin aradan qaldırılması üçün "Azərsu" ASC tərəfindən hər birinin tutumu 10 kubmetr olan xüsusi təyinatlı 20 su maşını göndərilib. Həmin maşınlar vasitəsi ilə şəhər əhalisi içməli su ilə təchiz olunur.

Sözügedən yaşayış məntəqələrində də vəziyyət təhlükəli həddə çatıb. Əkin-biçin vaxtı şor su ilə həyətyanı, eləcə də pay torpaqlarını suvarmaq mümkün deyil.

Rayonda vəziyyət nəzarətə götürülsə də hələ ki, gərgin olaraq qalır. Məlumata görə, Mingəçevir su anbarından buraxılan suyun həcminin artırılması ilə vəziyyətin aradan qaldırılacağı gözlənilir.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam