Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ümumdünya Tütünlə Mübarizə Günü- qeyd edildi

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astarada Rayon Polis Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Ümumdünya Tütünlə Mübarizə Günü münasibətilə Gənclər evində tədbir təşkil olunub.

Yenixeber.org: Tədbridə RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov, Gİİ-nin rəisi Ərçə Əliyev, RTŞ-nin müdiri Rəşad Həsənov, rayondakı ictimai fəal gənclər, tələbə və şagirdlər iştirak ediblər. Əvvəlcə məktəblilərin əl işlərindən ibarət olan və siqaretin insan orqanizminə vurduğu zərərli təsirləri əks etdirən sərgiyə baxış keçirilib. Tədbirdə çıxış edən RPŞ-nin rəisi A.Cahangirov bu günün əhəmiyyətindən danışıb və diqqətə çatdırıb ki, 1988-ci ildə Dünya Səhiyyə Təşkilatının Assambleyasında mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü elan olunub. Bu tarixi gün tütünün yaratdığı xəstəliklərə və ölüm hallarına diqqəti artırmaq məqsədi ilə bütün dünyada hər il qeyd edilir. Dünya ölkələri ilə yanaşı, Azərbaycanda da bu günlə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Şöbə rəisi eyni zamanda polis əməkdaşlarının məktəblilərlə zərərli vərdişlərin fəsadları ilə bağlı keçirdiyi maarifləndirici görüşlərə də diqqət çəkib və bildirib ki, bu tədbirlərin də məqsədi məhz gələcəyimizin qurucuları olan yeniyetmə və gəncləri sağlam həyat tərzi sürməyə təşviq etməkdir. Bu gün yeniyetmə və gənclərin sağlamlığının qorunmasının, onların zərərli vərdişlərdən uzaqlaşmasının, asudə vaxtının səmərəliliyinin təmin edilməsinin, vətənpərvər ruhda formalaşmasının, dünyagörüşlərinin zənginləşdirilməsinin günümüzün önəmli tələblərindən olduğunu bildirib. Çünki sağlam cəmiyət formalaşdırmaq üçün sağlam gənclər yetişdirmək lazımdır. Sonra çıxış edən Gİİ-nin rəisi Ərçə Əliyev, RTŞ-nin müdiri Rəşad Həsənov, RPŞ-nin YYÇPİTQ-nun baş inspektoru, polis kapitanı Amal Rzayev bildiriblər ki, Ümumdünya Tütünlə Mübarizə Gününün əsas məqsədi indiki və gələcək nəsli tütünün öldürücü təsirinin nəticələrindən, həmçinin, tütünün yaratdığı sosial, ekoloji və iqtisadi problemlərdən qorumaqdan ibarətdir. Bir çox hallarda isə siqaretin zərərlərinə ən çox məruz qalanlar passiv siqaret çəkənlər, xüsusilə də uşaqlardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam