Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

UEFA Bakı Olimpiya Stadionu - "Elit stadionlar" siyahısına daxil edib

UEFA Bakı Olimpiya Stadionu "Elit stadionlar" siyahısına daxil edib

Bakı Olimpiya Stadionu UEFA-nın "Elit stadionlar"siyahısına daxil edilib.

Yenixeber.org:   Bununla bağlı arena rəhbərliyinə fəxri diplom təqdim olunub.

Azərbaycanın ən böyük idman qurğusunun “Alyans Arena”, “Aviva Stadium”, “Nou Kamp” və “Santyaqo Bernabeu” kimi məşhur stadionlarla eyni siyahıya düşməsində Avropa Liqasının mayın 29-da keçirilən final oyununun yüksək səviyyədə təşkili böyük rol oynayıb.

Yerli Əməliyyat Komitəsinin və AFFA əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarının yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işləri, könüllülərin tamaşaçı xidmətləri, və stadionu dolduran azarkeşlərin dəstəyi ilə ərsəyə gələn gecənin sonunda Bakı bir daha mötəbər idman tədbirlərinə daim hazır olduğunu sübut edib. Bu da UEFA-nın da diqqətindən yayınmayıb. 2015-ci ildən fəaliyyətə başlayan və hər il ən az bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu qurumdan bu mükafata layiq görülüb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu UEFA-nın 60 illiyi münasibəti ilə 12 müxtəlif stadionda keçiriləcək UEFA AVRO-2020-nin dörd oyununa ev sahibliyi edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam