Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Pentaqon rəhbəri Əfqanıstana gözlənilməz səfər edib

                  ABŞ-ın müdafiə naziri Lloyd Ostin Əfqanıstana gözlənilməz səfər edib.
Yenixeber.org: Pentaqonun başçısı Kabildə yüksək vəzifəli yerli məmurlarla görüşmək niyyətindədir. Tərəflərin müzakirə mövzusu xarici qoşunların Əfqanıstandan çıxarılmasının müddəti ola bilər.

ABŞ Prezidenti Co Bayden bu yaxınlarda ABC telekompaniyasına müsahibəsində amerikalıların bu ölkədən mayın 1-dək çıxarıla biləcəyini, lakin dəqiq müddət barədə son qərarın qəbul olunmadığını demişdi.

Xatırladaq ki, ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi ötən il fevralın 29-da Qətərin paytaxtı Dohada imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəyi barədə zəmanət verib.

Saziş imzalandığı vaxtdan bəri taliblər Amerika tərəfini razılaşmanı pozmaqda dəfələrlə ittiham edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam