Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həbsxanada olan -250 “Taliban” üzvü azad edildi

Həbsxanada olan 250 “Taliban” üzvü azad edildi

ABŞ və "Taliban" arasında əldə olunan razılığa əsasən, Əfqanıstan həbsxanalarında saxlanılan daha 250 Taliban üzvü sərbəst buraxılıb.

Yenixeber.org: Bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Faisal mətbuata açıqlama verib. Açıqlamada həbsxanadan azadlığa buraxılanların sayının 550 nəfərə çatdığı bildirilib.

Sözçü qeyd edib ki, "Taliban" tərəfindən təqdim olunan məhbus mübadiləsi siyahısında olanlar yaş, sağlamlıq vəziyyətləri və cinayətlərinin səviyyəsinə görə sıra ilə sərbəst buraxılıblar. Cavid Faisalın sözlərinə görə, "Taliban" üzvləri identifikasiya sistemindən keçiblər və təkrar döyüşməyəcəkləri ilə bağlı öhdəlik götürüblər. Bildirək ki, məhkumların azadlığa buraxılması davam edəcək.

Xatırladaq ki, "Əfqanıstana barış gətirmə anlaşması" adlandırılan saziş fevralın 29-u Qətərin paytaxtı Dohada imzalanıb. Sözügedən şəhər iki il ABŞ və "Taliban" arasındakı görüşlərə ev sahibliyi edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam