Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əfqanıstan iqtidarından “Taliban”a jest: "Qruplaşmanın 900 üzvü həbsdən azad edilib"

Əfqanıstan hökuməti “Taliban” hərəkatının 900 üzvünün həbsdən azad edilməsi ilə bağlı qərar verib.

Yenixeber.org: Bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavad Feysal məlumat verib.

C. Feysəl ölkədə atəşkəs rejimini davam etdirmək və danışıqlara başlamaq üçün “Taliban” üzvlərini azad etdiklərini deyib.

Qeyd edək ki, mayın 11-də Əfqanıstan hakimiyyəti “Taliban” döyüşçülərinin həbsxanalardan azad edilməsi prosesinin müvəqqəti olaraq dayandırıldığını bəyan edib. Buna səbəb “Taliban” üzvləri tərəfindən əsir götürülmüş əfqan hərbçilərinin verilməsinin təxirə salınması olub. Həmin vaxt Milli Təhlükəsizlik Şurasının nümayəndəsinin verdiyi açıqlamaya görə, hakimiyyət həbsxanadan minlərlə “Taliban” üzvünü azad etdiyi halda, “Taliban” hərəkatı əsir götürdüyü hərbi qulluqçudan cəmi 105-ə yaxınını təhvil verib.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” arasında sülh sazişi imzalanıb. Bu saziş əsasında Əfqanıstandakı qüvvələr arasındakı danışıqlar hələ martın 10-dan başlamalı idi. Qarşılıqlı etimad yaratmaq məqsədi ilə həbsxanada olan 5 minə yaxın “Taliban” üzvü, min nəfərə yaxın isə “Taliban” tərəfindən əsir götürülmüş şəxslər azad edilməli idilər..


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam