Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

“2021 Dünya Xoşbəxtlik Hesabatı” açıqlanıb –Ermənistan regionun ən xoşbəxt ölkəsi imiş?!

Birləşmiş Millətlər Təşkilatının 2021-ci üçün hazırladığı “Dünya Xöşbəxtlik Hesabatı”-na görə Finlandiya dünyanın ən xoşbəxt əhalisi olan ölkə hesab olunub. 

Yenixeber.org: Reytinqdə ikinci yerdə İslandiya, üçdə Danimarka yerləşir, sonrakı yerləri isə İsveçrə, Hollandiya Norveç, İsveç, Lüksemburq, Yeni Zelandiya və Avstriya tutub. Bu siyahıda ABŞ 19-cu, Rusiya isə 76-cı olub.

Azərbaycan reytinqdə 90-cı yerdə göstərilib.

Qəribə də olsa, Qarabağ müharibəsində Azərbaycan tərəfindən darmadağın edilən, 10 mindən artıq itki verən, iqtisadiyyatı sıradan çıxmış, əhalisi bitkin vəziyyətə düşmüş, əksəriyyəti ölkədən getmək istəyən Ermənistan reytinqdə regionun ən xoşbəxt ölkəsi kmi göstərilib. Belə ki, reytinqdə Ermənistan 86-cı yerə qoyulduğu halda, Türkiyə 104-cü, Gürcüstan isə 108- ci yerdə göstərilib.

Yalnız bu fakt reytinqin həqiqəti əks etdirmədiyini, müəlliflərin sübyektiv düşüncələri əsasında tərtib edildiyini söyləməyə əsas verir.

Qeyd edək ki, 149 ölkədən ibarət olan siyahıda son onluqda sıra ilə Burundi, Yəmən, Tanzaniya, Haiti, Malavi, Lesoto, Botsvana, Ruanda, Zimbabve, və dünyanın ən bədbəxt ölkəsi kimi isə Əfqanıstan qərarlaşıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam