Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hesabat:Azərbaycanda ingilis dilini bilmə səviyyəsi çox aşağıdır

Dünyada ingilis dilində ən yaxşı danışanlar Niderland sakinləridir.

Yenixeber.org: Bu barədə "The English Proficiency Index"in (EPI) 2019-cu ilin yekunları üzrə hesabatında bildirilib. 

Siyahıda İsveç ikinci, Norveç isə üçüncü yeri tutub. 

İngilis dilində çox yaxşı (very high) danışılan ölkələr arasında Danimarka, Sinqapur, Cənubi Afrika, Finlandiya, Avstriya, Lüksemburq və Almaniya da var.

Qonşu ölkələrdən Rusiya ingilis dilini aşağı (low) səviyyədə bilən ölkələr kateqoriyasına düşərək 48-ci yeri tutub. Gürcüstan və İran da bu kateqoriyaya düşərək müvafiq olaraq 56-cı və 69-cu olublar.

Türkiyə ingilis dilini çox aşağı (very low) səviyyədə bilən ölkələr sırasındadır və siyahıda 79-cu yerdə qərarlaşıb. 

Hesabata əsasən, Azərbaycanda da ingilis dilini bilmə səviyyəsi çox aşağıdır (very low) və ölkəmiz reytinqdə 85-ci yeri tutub.

Sorğuda iştirak edən azərbaycanlı kişilərin 45,89%-nin, qadınların isə 46,29%-nin ingilis dilində danışdığı məlum olub. 

Ən aşağı göstəricilər Səudiyyə Ərəbistanı və Qırğızıstanda qeydə alınıb. Reytinqdə sonuncu yeri Liviya tutub.

Qeyd edək ki, hesabat xarici dillərin tədrisi üzrə qlobal şirkət olan "Education First" (EF) ilə birlikdə hazırlanıb və 100 ölkəni əhatə edir. Reytinq siyhısı hər ölkədə kişilər və qadınlar arasında aparılan sorğuların nəticələrinə əsaslanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam