Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

1918-ci ilin 31 mart soyqırımı-soyumayan"Böyük Ermənistan" ehtirası

 

 

Görüntünün olası içeriği: 1 kişi

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları son ikiyüzildə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Belə aksiyalardan biri və ən dəhşətlisi isə 1918-ci il 31 martda baş verən soyqırımıdır.

Təəssüf ki, sovet dönəmində ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşından qismən silinməyə və hadisələrə başqa mahiyyət verərək unutdurulmağa calışıldı. Amma xalqın yaddaşını tamamilə məhv etmək ücün gərək öncə həmin xalqı məhv edəsən. Xalqımız tamamilə məhv olmadığı ücün təbii ki, yaddaşı da yerindədir və o günləri qəzəb hissi ilə anır. Xatırladaq ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində də Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Odur ki, 31 mart hadisələri elm adamları, xüsusən tarixcilər tərəfindən diqqətlə araşdırılır. Həmsöhbətim Azərbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohididir . O, “Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə”, “1918-ci il Quba hadisələri - Azərbaycanın müsəlman əhalisinin kütləvi məhv edilməsi planlarının tərkib hissəsi kimi. Müsəlmanların soyqırımı sənədlərdə. Sənədlər toplusu”, “1918-ci il Azərbaycanlıların soyqırımı foto və sənədlərdə”, “Şamaxı. 1918-ci il mart-iyul. Azərbaycanlıların soyqırımı sənədlərdə (2 cilddə)”, “Göyçay, Cavad, Ərəş (Azərbaycanlıların soyqırımı sənədlərdə)”, “Qarabağ-Zəngəzur – 1918 (Azərbaycanlıların soyqırımı sənədlərdə)” “Əlimərdan bəy Topçubaşov. Bakı hadisələrində erməni faktoru – 1905-1906 və 1918-ci illər (Paris arxivinin sənədləri)” "Cümhuriyyətin "Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kitabları ilə 1918-ci ildə baş verən hadisələr-qaranlıq qalan mövzular haqqında ictimaiyyətə daha geniş və sanballı məlumatlar verib.

-Solmaz xanım 1918-ci il dedikdə, ilk yadınıza hansı hadisələr düşür?

- 1918 bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr – istər əlamətdar, istərsə də faciəli – baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir. Həmin hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 28 may 1918-ci il tarixi – Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm tarixi hadisələr – 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi, 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması – bütün Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçiliyinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasını qoyulur.

-Amma sadaladığınız əlamətdar hadisələrindən əvvəl qanlı hadisələr baş verir...

- Bakıda mart hadisələrinin törədilməsi ümumilikdə Azərbaycan xalqına yönəldilmiş böyük bir soyqırımın başlanğıcı olur. Təsəvvür edin ki, bir neçə gün ərzində şəhərin və onun ətraf kəndlərinin dinc müsəlman – azərbaycanlı əhalisi görünməmiş dəhşətli cəza növlərinə – talan və ölümlərə, əzilmək, əsir alınmaq, qarət edilmək – bir sözlə, amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən hər şeyin və hər kəsin məhv edilməsinə məruz qalır. Fövqəladə Təhqiqat Komissiyasının protokollarına görə, yalnız Bakıda 11 min nəfər qətlə yetirilib. Mənim 1918-ci il qırğınları ilə bağlı kitablarımda həmin rəqəmlər var. Həmçinin, vurulmuş maddi zərəri də göstərmişəm. Bizim bəzi tədqiqatlarda düzgün olmayan rəqəmlər var.

Məsələn, Qubada 167 kənd dağıdıldığı halda, çox yerdə 122 rəqəmi gedir. Yaxud Şamaxıda 7 min nəfərin öldürüldüyü bildirilir. Halbuki yalnız Şamaxı şəhərində 8-10 min nəfər, 110 kəndində isə 10.341 nəfər qətlə yetirilib. Gördüyünüz kimi, Şamaxıda 18-20 min nəfərədək insan erməni silahlıları tərəfindən qətlə yetirilib. Beləliklə, deyə bilərik ki, hadisələr zamanı 50 min nəfərə yaxın azərbaycanlı öldürülüb. Hələ Göyçay və Cavad qəzalarına dair sənədləri təzəliklə Fransadakı arxivlərdən tapmışam. Zəngəzur və Qarabağla bağlı sənədlər isə hələ araşdırılmayıb. Hərçənd komissiya həmin ərazilərdə Şamaxıdakı kimi işləyə bilməyib. On minlərlə insan isə epidemiya zamanı həlak olub. Bəli, Qızıl Ordunun kiçik dəstəsinin atəşə tutulması ilə başlayan mart hadisələrinin, şübhəsiz ki, dərin kökləri və səbəbləri vardır.

-Solmaz xanım, zaman 1918-ci il. Nə baş verir?

- 1918-ci ili analiz etmək ücün bir az əvvələ getmək, qanlı zəncirin başlanğıcına dönmək lazımdı: XIX əsrin əvvəllərində başlanmış Rusiya-İran, Rusiya-Türkiyə müharibələri və onların nəticələri: 1813, 1828, 1829-cu illər Gülüstan, Türkmənçay, Adrianopol müqavilələri, Azərbaycan, Gürcüstan, Türkiyənin tarixi ərazilərinin bölünməsi, geniş regionların qəsb edilməsi və yerli müsəlman əhalinin mühacirəti, nəhayət, ermənilərin İrandan və Türkiyədən əzəli Azərbaycan (13 xanlığın ərazisi) və Gürcüstan (Axaltsix və Axalkalaki) torpaqlarına köçürülməsi erməni əhalisinin həyatında əsaslı iz qoydu. Bu yeni tarixi şərtlər, həmçinin istər Osmanlı Türkiyəsi, istərsə də Rusiya İmperiyasında ermənilərin nisbətən daha qabaqcıl və üstün vəziyyəti də daxil olmaqla, erməni milli şüurunda yüz illərlə bəslənən öz müstəqil dövlətçiliyini yaratmaq ideyasını artıq yetişməkdə olan erməni millətçiliyinin siyasi devizinə çevirdi. “Böyük Ermənistan” onun “yaradıcılarının” planlarına görə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının (Qafqazın, dəqiq deyilərsə, Azərbaycanın və Gürcüstanın) böyük ərazilərini əhatə etməli idi ki, bu da hakimiyyətlə öz separatçı niyyətlərini bəyan etmiş erməni əhalisi arasında artıq müəyyən münasibətlərin başlanmasını şərtləndirirdi. Qatı millətçi erməni partiyaları olan “Qnçaq” (1887), “Daşnaksütun” (1890) və digərləri qarşıdakı onilliklər ərzində bütöv xalqın taleyində həlledici rol oynayacaqdı. “Hələ 1907-ci il proqramı qəbul edilənə xeyli qalmış “Daşnaksütun” güclü, intizamlı, konspirativ təşkilata çevrildi. XX əsrin əvvəllərindən başlayaraq erməni emissarlarının, agentlərinin və erməni əhalisinin Türkiyədən Cənubi Qafqaza axını xüsusilə güclənir. Artıq beyinlərə işləmiş bir ideyaya çevrilən “Böyük Ermənistan” şüarı ətrafında birləşən bu insan axını təşkilatlandırılmış hərbi bölmələr yaratmaqla fəal surətdə silahlanmağa başlayır. Bu dəstələrin ilk vəzifəsi yeni Ermənistan dövlətinin yaradılması üçün nəzərdə tutulmuş ərazilərdə yaşayan yerli türk-azərbaycanlı əhalini fiziki cəhətdən məhv etmək olur.

-1905-1907-ci illər erməni-azərbaycanlı münaqişəsi başlanır...

-1905-ci ilin fevralında Bakıda erməni və müsəlman əhalisi arasında başlanan silahlı münaqişələr az sonra erməni-azərbaycanlı qırğınlarına çevrildi və bütün Cənubi Qafqaz regionunu əhatə etdi. Bakı, Tiflis, İrəvan, Gəncə, Qarabağ, Zəngəzur və digər yerlərdə baş verənş və təxminən iki il davam edən qanlı toqquşmalar, habelə uzunsürən erməni-gürcü münaqişəsinin qarşısı hakimiyyət tərəfindən vaxtında alınmadı. Münaqişənin bilavasitə şahidi olmuş bir çox azərbaycanlı xadimlər bu qırğınlarda maraqları olan qüvvələrin məqsəd və planlarını daha dəqiq və konkret izah edirdilər. Məsələn, tanınmış azərbaycanlı ictimai xadim Xosrov bəy Dövlətov 1905-1907-ci illərin hadisələri haqqında belə yazırdı: “…ermənilər ən ciddi şəkildə tərtib edilmiş proqram üzrə öz arzu və ideyalarının - Yelizavetpol və Tiflis quberniyalarının bütün dağlıq

zolağını kəsib ayırmaq, Qars vilayəti ilə birlikdə Türk Ermənistanına birləşdirmək və orada müstəqil erməni dövləti yaratmaq - həyata keçirilməsinə hazırlaşırdılar, lakin Osmanlı və Rusiya hökumətlərinin incə siyasəti və təzyiqi sayəsində buna nail ola bilmədilər”.

-Ermənilər məkrli niyyətlərini dayandırmırdılar...Səhv etmirəmsə, İrəvan quberniyası elə o illərdə azərbaycanlılardan təmizləndi...

- Güclənmiş anarxiya, hakimiyyətsizlik və cəzasızlıq mühiti erməni millətçi qüvvələrinə azərbaycanlı əhalidən təmizlənmiş ərazilərdə erməni dövlətinin yaradılması imkanları açırdı. Mübarizə davam edirdi, gələcək “Böyük Ermənistan”ın taleyi həll edilirdi. Məsələn, 1918-ci ilin mart ayınadək təkcə İrəvan quberniyasının 199 kəndi ermənilər tərəfindən talan edildiyindən yerli azərbaycanlılar tərəfindən məcburi şəkildə boşaldıldı. Elə 1918-ci ilin əvvəlində ermənilər Bakıda kifayət qədər güclü siyasi, iqtisadi və ictimai mövqelərə malik idilər və şəhər həyatının demək olar ki, bütün sahələrində təmsil olunurdular. Bakı şəhərinin və onun ətraf kəndlərinin bütün əhalisinin sayına görə azərbaycanlı və rus əhalidən sonra ermənilər üçüncü yeri tuturdular. 

-Təəssüf ki, hadisələrin inkişaf xəttinin qarşısı alınmadı.Əksinə 1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiya olunması faktının lazımınca araşdırılmaması, bu hadisələrə hüquqi-siyasi qiymət verilməməsi növbəti münaqişələri qacılmaz etdi. 

-1988-ci ilin əvvəlində azərbaycanlılara qarşı erməni təcavüzünün yeni mərhələsinin – Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar olaraq bu tarixin ayrı-ayrı səhifələri və aspektləri xüsusi aktuallıq kəsb etdi. İndi ermənilərin azəbaycanlılara qarşı hər addımını, hər aksiyasını daha dəqiqliklə araşdırmaq , dünya ictimaiyyətinə catdırmaq lazımdı.Təəssüflər olsun ki, 31 mart qırğınından cəmi 70 il sonra Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil oldu. Bu tarixləri unutmayacağıq, unutdurmayacağıq! 

Əntiqə Rəşid

Gəncliyimdə sevməyə vaxtım olmadı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam