Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Anna Akopyan yenə tənqid olundu-Bu dəfə bahalı geyiminə görə

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu dəfə bahalı şərfi ilə gündəmə gəlib.
Yenixeber.org: İki gün öncə müharibədə ölmüş əsgər ailəsini ziyarət edən Akopyanın geyimi ermənilər tərəfindən tənqid olunub.

"Anna Akopyan dünyaca məşhur fransız markası "Louis Vuitton"un bahalı şərfini taxaraq müharibədə öldürülmüş yoxsul erməni ailəsinə baş çəkdi. Deyilənə görə, bu adi görünən şərfin qiyməti 1000 dollara yaxındır.

Baş nazirin arvadı ölən hərbçinin ailəsini ziyarət etməzdən bir neçə gün əvvəl ad gününü qeyd etmək üçün gizli şəkildə ABŞ-a getmişdi. Bundan öncə yanvarın 14-də iki qızı ilə birgə Moskvaya gedərək orada bahalı restoranlarda və Böyük Teatrda əylənmişdi. Çox güman ki, Akopyanın boynundan asılan bahalı şərfi xaricdən alınıb. Onun yas içində olan yoxsul hərbçi ailəsinin evində bahalı brend geyimi ilə poz verməsi yersiz görünür...", - deyə erməni KİV-ləri növbəti dəfə Akopyanı hədəfə alıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam