Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Dünya Bankı: -Azərbaycan insan kapitalının inkişafında xeyli nailiyyət qazanıb

Dünya Bankı: Azərbaycan insan kapitalının inkişafında xeyli nailiyyət qazanıb

Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) insan kapitalı yaratmaq və işə salmaq istiqamətində əsas problemləri müəyyənləşdirir.

Yenixeber.org: DB-nin 2020-ci il “Yaşa, öyrən, inkişaf et: Azərbaycanın inkişafını sürətləndirmək üçün strateji insan kapitalına sərmayələr” adlı hesabatında Azərbaycanda səhiyyə, təhsil, sosial müdafiə xidmətləri, iş yerləri məhdud olduğu üçün pandemiya səbəbindən insan kapitalının artmasının geriyə çeviriləəcəyi qeyd olunur.

DB-nin Avropa və Mərkəzi Asiyada insan inkişafına dair regional direktoru Fədiə M.Səədah Azərbaycan hökumətinin insan kapitalının inkişafı sahəsində xeyli nailiyyət qazandığını deyib: “Son 5 ildə ali məktəblərə qəbulun həcmi 21 faiz artdı. İcbari tibbi sığortanın tətbiqi nəticəsində ilkin tibbi sanitar yardımın əsas səviyyəsinin istifadəsi və səmərəsi artıb. Toplam təqaüdləri və yoxsullara yönəlmiş sosial müavinətlər əhalinin ən yoxsul 40 faizinin gəlirlərini xeyli artırdı, ev təsərrüfatlarında səhiyyə və təhsil xərclərinin artmasına təkan verdi”.

Bununla belə, insan kapitalına sərmayələrdə fərqlərin qaldığı da qeyd olunur. Belə ki, standart testlər zamanı daha imkanlı ailələrin övladları kasıb ailələrdən olan şagirdlərə nisbətən üç tədris ili daha yüksək ekvivalent toplayır ki, bu da tədrisdə qeyri-bərabərliyin nəticəsidir. Həmçinin səhiyyə xidmətlərinin bahalı olması icbari tibbi sığortasının da tətbiqinə baxmayaraq, qeyri-yoluxucu xəstəliklərin artımını əngəlləyən xidmətlərdən istifadə olunmasını məhdudlaşdırır.

Hazırda Azərbaycanda insan kapitalı indeksi 0,58-dir. Yəni bu gün dünyaya gələn uşaq böyüyəndə tam sağlam və təhsilli olduğu təqdirdə 58 faiz daha məhsuldar çalışa bilər: “Pandemiya sosial xidmətlərdən istifadə olunmasını məhdudlaşdırdığı üçün hökumət qarşısında səhiyyə və təhsil nailiyyətlərini bərpa etmək, insan kapitalı inkişafının siyasi gündəlikdə birinci məsələ olaraq qalmasını təmin etmək vəzifəsi durur”.

Hazırda hökumətin koronavirusa qarşı tədbirləri sosial sahədəki orta və uzun müddətli islahatları arasında tarazlaşdırma aparmağa çalışdığı da qeyd olunur: “Epidemik nəzarəti davam etdirmək, qeyri-yoluxucu xəstəliklərin müalicəsi zamanı fasiləsiz yardımı təmin etmək üçün səhiyyədəki informasiya sistemlərini rəqəmsallaşdırmağı və uzlaşdırmağı tövsiyə edirik. Ev təsərrüfatlarını nağd məsrəflərdən qorumaq üçün səhiyyəni maliyyələşdirmə sisteminin islahatı da tibbi xidmətlərdən istifadə olunmasını asanlaşdırmaq baxımdan zəruridir”.

Ölkədə məktəblər açılınca hökumətin tədrisdəki itkilərin əvəzini çıxmaq üçün vəsait yatırdığı da qeyd olunur: “Bunun üçün həm də şagirdlərin tədrisdən qalmamaları üçün maliyyə və qeyri-maliyyə təşviq alətləri tətbiq edilə, müəllimlər isə əyani və məsafəli tədrisin daha səmərəli yolları öyrədilə bilər. Biz həmçinin ali təhsildəki innovasiyaları dəstəkləmək üçün xüsusi fond yaratmağı tövsiyə edirik”.

Bundan əlavə, əmək bazarında proqramların hazırlanmasına işəgötürənlərin də cəlb olunması ilə məşğulluğun artırılacağı diqqətə çatdırılır.

“Azərbaycanda artımı və dayanıqlı inkişafı dəstəkləmək üçün insan kapitalına yatırım imkanları genişdir. Dünya Bankının “Millətlərin sərvət dəyişikliyi, 2018” hesabatına görə, insan kapitalı dünya sərvətlərinin 64 faizini təşkil etdiyi göstərilir. Azərbaycanda uşaqlar və böyüklərin tam şəkildə təhsili və sağlamlığı təmin olunmaqla uzun perspektivdə adambaşına ÜDM-in hazırkı səviyyəyə nisbətən 1,67 dəfə artırıla bilər”, - DB regional direktoru vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam