Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bill Qeyts bu ittihamlara cavab verdi

 

       "Vaksinləmə haqqında şayiələrin yayılması koronavirus epidemiyasınının müddətini uzada bilər".

Yenixeber.org: Bunu “Microsoft” şirkətinin banilərindən biri, iş adamı və xeyriyyəçi Bill Qeyts Almaniyanın “Suddeutsche Zeitung” nəşrinə müsahibəsində deyib.

O, həmçinin növbəti dəfə pandemiyada əli olması barədə şayiələri təkzib edib.

"Bu, insanların sadə qərarlar axtardıqları böyük çağırışdır. Onlar pandemiyanın arxasında kiminsə dayanıb-dayanmaması barədə suallar verirlər", - iş adamı deyib.

Sahibkar qeyd edib ki, onun fondu artıq insanların vaksinə inamsızlığı ilə qarşılaşıb.

"Pakistan və ya Nigeriya kimi ölkələrdə poliomielitlə mübarizə zamanı vaksin haqqında şayiələr gəzirdi ki, o təhlükəsiz deyil və qadınlarda sonsuzluğa səbəb olur", - Qeyts əlavə edib.

Onun sözlərinə görə, bu cür yanlış fikirlərlə mübarizə aparmaq üçün nüfuzlu insanlara, ictimaiyyət xadimlərinə və ya böyük nüfuza malik olan dini liderlərə müraciət etmək lazımdır. Bill Qeytsin fikrincə, peyvəndin əhaliyə faydalarını yalnız onlar izah edə bilirlər.

Bəzi portallar və şəbəkə istifadəçiləri Qeytsin bunu dünya əhalisinə qlobal nəzarət üçün etdiyini iddia edib. Qeyts bunda əlaqəli olması barədə nəzəriyyələr axmaqlıqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam