Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Yoluxma sayı oktyabr-noyabr aylarında yüksək olacaq” -Bill Qeyts

“Yoluxma sayı oktyabr-noyabr aylarında yüksək olacaq” -  Bill Qeyts
"Microsoft" korporasiyasının qurucusu Bill Qeyts hesab edir ki, ABŞ-da koronavirus infeksiyasına yoluxma sayının yenidən çoxalması testlərin sayının artması ilə əlaqəli deyil.
Yenixeber.org: Bu barədə Qeyts “CNN”ə bildirib.

O, ABŞ PrezidentDonald Trampın və Amerika administrasiyasının digər yüksək vəzifəli şəxslərinin ölkədə yoluxanların sayının artmasının testlərin çoxalması ilə əlaqədar olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərək deyib: "Xeyr, bu tamamilə səhvdir. Şübhəsiz ki, daha çox sınaq keçirərək, daha çox yoluxma halını tapacaqsınız. Ancaq testləri saxlasanız belə, yoluxma sayı artmaqda davam edəcək".

Qeytsin sözlərinə görə, payızda hakimiyyətin test keçirmə imkanları artacaq.

“Lakin bu, müşahidə etdiyimiz artan yoluxma hallarının səbəbi deyildir. İnfeksiyanın yayılmasına qarşı mübarizə Nyu-York istisna olmaqla, ölkə daxilində sürətlə davam edir. Bu problemə indikindən daha ciddi yanaşmasaq, yoluxma sayı oktyabr-noyabr aylarında yenidən çox yüksək olacaq”.

İş adamı, həmçinin əlavə edib ki, yeni koronavirus üçün peyvəndin yaradılması infeksiyanın yayılmasını dayandıracağına zəmanət vermir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam