Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bill Qeyts -pandemiyanın nə vaxt bitəcəyini açıqladı

Bill Qeyts pandemiyanın nə vaxt bitəcəyini açıqladı
Amerikalı xeyriyyəçi və milyarder, "Microsoft" şirkətinin qurucusu Bill Qeyts koronavirusun yayılmasının qarşısını almaq və vaksin hazırlamaq üçün görülən tədbirlərin bəhrəsini verdiyini və tunelin sonundakı işığın artıq göründüyünü düşünür.
Yenixeber.org: Bu barədə o, “Wired” nəşrinə müsahibəsində deyib.

Qeytsin sözlərinə görə, yeni terapevtik vasitələrin, peyvəndlərin ortaya çıxması həqiqətən təsiredicidir.

“Buna görə düşünürəm ki, zəngin ölkələrdə 2021-ci ilin, dünyada isə 2022-ci ilin sonuna qədər problemi həll edə bilərik".

Eyni zamanda, amerikalı milyarderin fikrincə, Rusiyada və Çində vaksin istehsalçılarına təzyiq o qədər yüksəkdir ki, onların effektivliyi və təhlükəsizliyi kifayət qədər sınaqdan keçirilmədən vətəndaşlar peyvənd almağa başlayacaqlar.

Qeyts əlavə edib ki, ABŞ-da bu, mümkün deyil: "Peyvənd dörd aydan sonra ortaya çıxsa, yaxşıdır".

Milyarder ABŞ-dakı vəziyyəti şərh edərkən isə deyib ki, ölkədə aparılan sınaqların əksəriyyəti tamamilə faydasızdır, çünki nəticələri uzun müddət - bir həftədən çox gözləmək lazım gəlir.

"Laboratoriyalar yalnız 48 saat ərzində nəticələr verə biləcəyi təqdirdə, testlər üçün ödəniş almalıdırlar".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam