Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Atam Qarabağa getdi, ancaq ona məhəl qoymadılar” -Koçaryanın oğlu

“Atam Qarabağa getdi, ancaq ona məhəl qoymadılar” -  Koçaryanın oğlu
Müharibənin başlamasından bir neçə gün sonra Ermənistanın ikinci prezidenti Robert Koçaryan mümkün qədər faydalı olmağa çalışmaq üçün Qarabağa getdi, ancaq ona məhəl qoymadılar.
Yenixeber.org: Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan bildirib.

“Arayik Arutyunyan (Azərbaycanın daha əvvəl işğal altında olan ərazilərində yaradılmış separatçı qurumun rəhbəri – red) atamla hətta görüşməyi və müzakirələr aparmağı lazım bilmədi. Mən özüm də onların, 1990-cı illərdən bəri qələbələrimizin kökündə dayanan insanları görməzdən gəldiklərinin şahidi oldum", -deyə Koçaryanın oğlu söyləyib.

Onun sözlərinə görə, atası müharibə zamanı iqtidarda olmadan edilə biləcək maksimum işlər görüb: "Atam hər yolla kömək etməyə çalışdı - həm tövsiyələrlə, həm də müxtəlif yollarla. Hətta mənə "Get, bunu de, amma mənim dediyimi söyləmə" deyirdi.

Mövcud vəziyyət, o cümlədən Qarabağdakı müharibə son 2,5 ildə dəfələrlə xatırlanan səhv diplomatiyanın və digər yanlışlıqların nəticəsidir".

L.Koçaryan baş verənlərdən sonra Nikol Paşinyan hökumətinin istefa verməməsini absurd adlandırıb. Atasının siyasətə qayıdacağı sualına gəlincə, o, ikinci prezidentin artıq uzun müddət siyasətdə olduğunu vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam