Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Vanetsiyan döyüşdən qaçıbmış -Sabiq həmkarı faktları açıqladı

Vanetsiyan döyüşdən qaçıbmış  - Sabiq həmkarı faktları açıqladı
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Arqişti Kyaramyan müharibə zamanı sabiq həmkarı Artur Vanetsiyanın döyüşdən qaçması barədə səsələndirilən fikirlərə aydınlıq gətirib.
Yenixeber.org: Ermənistan mətbuatında keçmiş yüksək rütbəli təhlükəsizlik işçilərinin müharibədən qaçması barədə müxtəlif ittihamlar səsləndirilir, bəziləri Vanetsyanın, digərləri Kyaramyan döyüş meydanından qaçdığını yazırlar.

Sabiq MTX rəhbəri ölkənin İctimai Televiziyasına müsahibəsində Vanetsiyanın döyüşdən qaçdığını təsdiqləyib.

O bildirib ki, Şuşa yaxınlığında vəziyyətin pisləşməsindən sonra keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi silahlı dəstənin olduğu yerə gedib.

“Düşmən Şuşaya hücum edən zaman mən, Ohanyan və Qarabağ “müdafiə ordusunun komandanlığı" qərargahda idik, daha sonra Vanetisyan gəldi. O, öz dəstəsi ilə gəldiyini deyərək, əvvəlcə Martakertə (Ağdərə - red) getməli olduğunu söylədi, lakin komandanlıq onun Şuşada lazım olduğuna dair qərar verdi.

Vanetsiyan və dəstəsi şəhərin binalarından birinə yerləşdirildi. Gecə azərbaycanlıların hücumu başladı. Komandanlıq Vanetsiyanla əlaqə qurdu və xətlərdən birini tutmağı təklif etdi. Ancaq Vanetsiyan yeni gəldiklərini və döyüşə qatılmağa hələ hazır olmadıqlarını dedi. Bir neçə saat keçdi, bundan sonra Ohanyan Vanetsiyanın yanına gedib ona müdafiə hissələrindən birində yerləşməyi təklif etməyimi söylədi. Vanetsiyanla görüşdüm, vəziyyəti danışdım, o, istənilən ərazini götürməyə hazır olduğunu söylədi”.

Bunun ardınca onlar birlikdə qərargaha gəliblər, qarşılarına tapşırıq qoyulub, sonra Kyaramyan Vanetsiyanı dəstəsinin olduğu yerə qədər müşayiət edib. Lakin sonradan Vanetsiyanın dəstəsinin yerləşmədiyi məlum olub. Bundan sonra Kyaramyan Vanetsiyanın dəstəsindən 10 nəfərin seçilməsi və onlarla birlikdə müdafiə üçün ən yaxın hündürlüyü tutmağa qərar verib. Yolda Kyaramyan müdafiə üçün əlverişli bir yüksəklik görüb və ora yerləşmək üçün daha çox insanı götürmək məqsədilə geri qayıdıb. Lakin Vanetsiyanın Xankəndinə getdiyi məlum olub. Daha sonra Kyaramyan Vanetsiyanın Şuşada yalnız 20 nəfərin qaldığını, bir neçə saat sonra onların da əraziləri tərk etdiklərini öyrənib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam