Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Sabiq MTX rəhbərinin müəmmalı qaçışı -Şuşadakı pullar yoxa çıxıb

Sabiq MTX rəhbərinin müəmmalı qaçışı -  Şuşadakı pullar yoxa çıxıb
Ermənistanın “Vətən” partiyasının nümayəndəsi Levon Mnatsakanyan Şuşa döyüşləri ilə bağlı maraqlı faktlar açıqlayıb.
Yenixeber.org: O, “Vətən” partiyasının bir dəstəsinin ordunun komandanlığı altında Şuşada döyüşdüyünü qeyd edib:

“Oktyabrın sonu, noyabrın əvvəlləri idi. Xatırlayırsınızsa, Arayik Arutyunyan və Qarabağın “Milli Təhlükəsizlik Xidməti”nin direktoru Şuşadan bir mesaj göndərdilər ki, azərbaycanlılar şəhərin maksimum 5 km məsafəsindədirlər. Hadrut təslim olmuşdu, azərbaycanlılar Şuşaya yaxınlaşmışdılar. Amma bu vəziyyətdə - Şuşa hər tərəfdən mühasirəyə alınmış olsa da, dəhliz açılmasaydı, şəhərə girmək mümkün olmazdı. Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Argişti Kərəmyan həmin vaxtı işindən uzaqlaşdırılmışdı. Amma o bilinməyən səbəblərdən Qarabağda idi. Kərəmyanı işdən uzaqlaşdırsalar da Şuşaya gəlmişdi. Orada təsadüfən bizim “Vətən” adlı silahlı dəstəmizin uşaqları ilə tanış oldu.

Həmin vaxtlar partiyadaxili tapşırıq var idi ki, müharibəyə görə müvəqqəti olaraq hakimiyyəti tənqid etməyək. Kərəmyan bizim uşaqlarla söhbət etdi və çox qəribə, müəmmalı bir şəkildə Şuşanı "Vətən" bölüyündə olan döyüşçülərdən tez tərk etdi. Onun Qarabağdan banklara məxsus zirehli inkassator maşınları ilə uzaqlaşdığı məlumdur. Amma indiyə qədər Mərkəzi Bankın Şuşada saxlanılan pullarının hara yoxa çıxdığını heç kim bilmir. Əgər MTX-nin keçmiş direktoru hər hansı bir bölgəni tərk edirsə, heç olmasa Şuşada döyüşən insanlara bundan sonra nə olacağı barədə məlumat verə bilərdi. Rəhbərliklə əlaqə saxlayırsınızsa, demək ki, ən azı gözlənilən hadisələrdən müəyyən dərəcədə xəbərdar olmusunuz”.

Mnatsakanyan onu da deyib ki, ən böyük xəyanət Şuşada baş verib. O, hətta həmin günlərdə erməni “İskəndəri”nin də Şuşaya qarşı yönəldiyini xatırladıb.



Xatırladaq ki, Şuşa uğrunda döyüşlər gedərkən şəhərdən qaçan erməni ordusunu lentə alan rusiyalı jurnalistin kadrlarına bir neçə inkassator maşını da düşmüşdü. Erməni KİV-ləri həmin vaxtı bu zirehli avtomobillərin orduya komandanlığı daşımaq üçün verildiyini iddia etsə də, sonradan məhz keçmiş MTX rəhbərinin bu maşınlarla hərəkət etməsi faktı üzə çıxmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam