Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Soltan Məmmədov: -"Fransa Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa..."

Soltan Məmmədov: "Fransa Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa mənasız cəhdlər göstərir"

“Fransanın həm Azərbaycan ordusunun əks-hücum əməliyyatları dövründə, həm də 10 noyabr bəyanatının imzalanmasından sonra nümayiş etdirdiyi mövqe bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəfsizliyinə olan şübhələri ciddi şəkildə gücləndirir”.

Yenixeber.org: Bunu Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov deyib.

Deputat hesab edir ki, Fransanın bu cür qərəzli və Ermənistanın təəssübkeşi kimi davranması həmsədrlikdən kənarlaşdırılması məsələsini aktuallaşdırır: “Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşması ilə bağlı məlumatlar Fransanın öz qərəzli siyasətini həyata keçirməkdə israrlı olduğunu göstərir. Daha əvvəl bəzi siyasi dairələr bu məsələni Fransa Milli Assambleyasında da müzakirəyə çıxarmağa cəhd göstərib. Lakin bu cəhdlər heç bir nəticə verməyib”.

Millət vəkili bildirib ki, Fransa prezidenti Emmanuel Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyasının Paris Şurasında geniş şəkildə təmsil olunması bu təşəbbüsün hansı mənbələrdən qidalandığı barədə müəyyən ehtimallar irəli sürməyə əsas verir: “Təəssüf ki, Fransa 27 sentyabrdan bu günədək yüksək səviyyədə səslənən bəyanatlar verməklə, Ermənistana birmənalı dəstək ifadə edən addımları ilə münaqişəyə münasibətdə neytral mövqedən çıxış etmədiyini artıq sübut edib. Fransa münaqişənin Azərbaycanın tam qələbəsi ilə başa çatması ilə barışmaq istəmir. Lakin artıq nəinki münaqişə bölgəsində, həm də bütün regionda yeni geosiyasi reallıq yaranıb. Fransa bu reallığı dəyişmək iqtidarında deyil. Proseslərin gedişi də göstərir ki, Fransa məhz ədalətsiz, qeyri-obyektiv siyasətinin nəticəsi olaraq, Cənubi Qafqazda gedən proseslərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsir imkanlarını xeyli dərəcədə itirib. Bu imkanları yenidən bərpa etmək üçün isə təzyiq və təhdidlərə əl atmaq mənasızdır”.

Soltan Məmmədov qeyd edib ki, Fransanın son addımları Rusiya və Türkiyənin birgə səyləri nəticəsində əldə olunmuş atəşkəsi pozmaq, məsələni yenidən ATƏT-in Minsk Qrupunun müəyyən etdiyi nizamlama prosesi çərçivəsinə qaytarmaq məqsədinə xidmət edir: “Lakin ötən dövrün təcrübəsi Minsk Qrupu formatının nəticəsiz müzakirələrdən başqa heç nəyə xidmət etmədiyini sübut edib. Münaqişə artıq həllini tapıb, üç ölkənin dövlət başçıları birgə bəyanat imzalayıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Lakin Fransa münaqişəni yenidən alovlandırmağa, Ermənistana ən müxtəlif formalarda dəstək verməklə vəziyyəti dəyişməyə mənasız cəhdlər göstərir. Hesab edirəm ki, Cənubi Qafqazda müəyyən maraqları olan bütün aparıcı dövlətlər mövcud siyasi, iqtisadi və hərbi reallıqları düzgün qiymətləndirməli, bütün imkanlarını regionda təhlükəsizliyin, sabitliyin və sülhün təmin olunmasına yönəltməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam