Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Mingəçevir Şüşə Lifi” ASC ləğv edilib, torpaq sahəsi -Təhsil Nazirliyinə verilib

“Mingəçevir Şüşə Lifi” ASC ləğv edilib, torpaq sahəsi Təhsil Nazirliyinə verilib

Prezident İlham Əliyev “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər barədə sərəncam imzalayıb.

Yenixeber.org: Sərəncamla, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhsil infrastrukturunun müasirləşdirilməsi məqsədilə “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli sərəncamının 1-ci hissəsinin 9-cu bəndi ləğv edilib.

Nazirlər Kabinetinə aşağıdakı məsələr tapşırılıb:

1. Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 108 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 6,98 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini və Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin;

2. “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar üç ay müddətində zəruri tədbirlər görsün;

3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İqtisadiyyat Nazirliyinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.

Mingəçevir Şəhər İcra Hakimiyyəti bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam