Rabitə Akademiyasında partlayış oldu-Yaralılar var

Rusiyanın Sankt-Peterburq şəhərinin Tixoretski prospektində yerləşən Budyonnıy Rabitə Akademiyasında partlayış baş verib.
Yenixeber.org: Bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hazırda partlayış yerində təcili yardım xidmətləri işləyir.
Akademiyaya pilotsuz təyyarə ilə hücum edildiyi iddia edilir. Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.









AZ
RU