Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“6 il sonra ilk dəfə qardaşımın səsini eşitdim” -Şahbaz Quliyevin bacısı

 

Bir neçə gün öncə erməni girovluğundan azad edilən Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də ailələri ilə görüşə bilməyiblər.

Yenixeber.org: Buna səbəb onların müayinə və müalicə üçün bir müddətlik karantinə alınmalarıdır. Şahbaz Quliyevin bacısı İradə Quliyeva saytımıza açıqlamasında qardaşı ilə danışdığını söyləyib:

"Biz bir gün öncə Bakıya getdik ki, qardaşımı görək. Məlum pandemiya səbəbindən onlar karantində qalmalıdırlar. Ona görə hələlik görüşə bilmədik. Amma telefonda danışdıq. 6 il sonra ilk dəfə qardaşımın səsini eşitdim. Sevincimi ifadə edə bilmirəm. Şükür hər şey qaydasındadır, hər ikisinin səhhəti normaldır. Biz 6 il gözləmişik, 6 gün də gözləyərik. Sonunda qardaşıma qovuşmaq var, daha ürəyimiz rahatdır".

İradə Quliyeva söyləyib ki, anası hələ də Şahbaz Quliyevin erməni girovluğunda olduğundan xəbərsizdir:

"6 ildir qardaşımın girov düşdüyünü anamdan gizlədə bilmişik. O elə bilirdi, Şahbaz Rusiyadadır, əlaqəmiz yoxdur. Hələ də gerçəkləri bilmir. Amma qayıtdığını demişik. Dedik, ana, bu qədər dözmüsən, bir neçə gün də gözlə, oğlun evə qayıdacaq. İnanın, o qədər sevinirdi ki..."

İradə Quliyeva qardaşının övladı və həyat yoldaşı ilə də görüşmədiyini deyib:

"Dediyim kimi, Bakıya getdik, qardaşımın ailəsi ilə birlikdə müraciət etdik, amma hələlik gözləməli olduğumuzu dedilər. Ailəsi ilə də görüşə bilmədi. Amma hamımızla telefonda danışıb, səsini eşitmişik. Səbirsizliklə, Şahbazın evimizə qayıtmasını gözləyirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam