Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kəlbəcərli girovlardan yeni xəbər

 

Ermənistanın son cavabı necə olacaq?

Yenixeber.org: Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda girov saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, komitədən başçəkmə barədə ona məlumat verilib. Bildiriblər ki, BQXK nümayəndələri öz mandatına uyğun olaraq sentyabr ayında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər: “Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş baş tutduqdan dərhal sonra ailələrin narahatlığını nəzərə alaraq, komitə əməkdaşları mənimlə əlaqə saxlayıblar. Bildirdilər ki, atanızla görüşmüşük, səhhəti normaldır, narahat olmayın. Həmçinin dedilər ki, əlavə məlumatlar-məktub, video olub-olmadığı ilə bağlı yaxın günlərdə sizə məlumat verəcəyik. Biz də onlardan yeni məlumatlar gözləyirik”.

K.ÆsgÉrov ile ilgili görsel sonucu

K.Əsgərov həmçinin Azərbaycan tərəfinin Dağlıq Qarabağda saxlanılan azərbaycanlıların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsilə bağlı təkliflərini Ermənistan tərəfinin müzakirə etdiyini prosesdə müsbət irəliləyiş hesab edir: “Ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq, aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri girovların azad olunması istiqamətində müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda daimi olaraq məsələ qaldırırlar. Mən inanıram ki, cənab prezidentin apardığı siyasət nəticəsində atam Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdiriləcəklər. Bildiyiniz kimi, Rusiya və Ukraynada da ”hamının-hamıya" prinsipi ilə dəyişdirilmə prosesi baş tutdu. Ermənistan baş nazirinin köməkçisi bu yaxınlarda Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin istisna olmadığını açıqladı. Ermənistanın müdafiə naziri belə bir açıqlama verdi ki, Azərbaycanda saxlanılan erməni diversantların Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsinə razıdır. Dərhal sonra Ermənistanın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək, dəyişdirilmə prosesini dəstəklədiklərini bəyan etdi. Mən ümid edirəm ki, yaxın vaxtlarda Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdiriləcək".

Manaf Quliyev ile ilgili görsel sonucu

Şahbaz Quliyevin qardaşı Manaf Quliyev modern.az-a açıqlamasında qardaşı barədə komitə tərəfindən məlumatlandırıldığını qeyd edib: “Ötən həftə görüşüblər. Amma hələlik məktub almamışıq. Bildirdilər ki, yaxın günlərdə bu barədə məlumat veriləcək”.

Girovların erməni diversantlarla dəyişdirilməsi ilə bağlı məlumatlara gəlincə, M.Quliyev belə müzakirələrin ilk dəfə aparılmadığını diqqətə çatdırıb: “Belə müzakirələr çox olub, amma hamısı da nəticəsiz qalıb. Bizimkilər deyir ”dəyişək", amma görünən odur ki, ermənilər razı deyil. Danışıqlar getsə belə, bu barədə bizə məlumat verilməyib, nə də bizimlə məsləhətləşən var. Qardaşımgil artıq 5 ildir düşmən əlindədir, bu qədər dözüblər, çox əzab çəkiblər. Qardaşımın geri qayıtmağını çox arzulasam da, nədənsə nagümanam. Düşmənə arxayın ola bilmirəm".

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçilər Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 2019-cu il sentyabrın 11-də rəsmi məlumat verib.

Dövlət Komissiyası Azərbaycanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırıb, 2019-cu il sentyabrın 7-də Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin “hamının-hamıya” prinsipi ilə mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edərək bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bildirib.

Azərbaycan tərəfi dəfələrlə humanizm prinsiplərindən irəli gələrək əsir və girovların dəyişdirilməsi ilə bağlı addımların atılmasının zəruriliyini qeyd edib. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu təşəbbüsdən qaçıb. Girovların qaytarılması məsələsində ermənilər oyun oynayır. Ermənistan bir tərəfdən qeyd edir ki, danışmağa hazırıq, ancaq “Dağlıq Qarabağ” rejimi bunun əleyhinədir. Bununla da faktiki olaraq, qondarma rejimi tərəf kimi ortaya gətirmək niyyətindədirlər. Əslində Ermənistan bu addımı ilə mövqeyini yumşaltmaq istəmir.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Qarabağda qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.(müsavat)

Etibar SEYİDAĞA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam