Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AŞPA-nın qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı - AKSİYA

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binası qarşısında Dağlıq Qarabağda ermənilərin girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçirilib.

Yenixeber.org: Aksiya iştirakçıları əllərində “Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq!”, “Ermənistan Azərbaycan torpaqlarındakı işğala son qoymalıdır!” yazılmış plakatlar tutublar.

Aksiya iştirakçıları AŞPA-nın payız sessiyasında iştirak edən parlamentariləri və ətrafdakı insanları məsələ ilə bağlı məlumatlandırıblar.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam