Ağdam işğaldan əvvəl və indi -FOTOLAR
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir. Bəyanatda nəzərdə tutulduğu kimi Ağdam rayonu noyabrın 20-də tamamilə boşaldılıb və Azərbaycan Ordusu əraziyə daxil olub.
Yenixeber.org: Ağdam Azərbaycanın böyük və strateji əhəmiyət kəsb edən rayonlarından biridir.
27 illik işğaldan sonra azad edilən Ağdam rayonunun tarixi-memarlıq abidələri haqda məlumatları təqdim edirik:
Vaxtilə Qarabağ xanı Pənahəli xan bu ərazidə ağ daşlardan ibarət yay sarayı inşa edib, bu imarət ərazidə bir növ istiqamət ünvanına çevrilib. Bu mənada “Ağdam” – nurlanmış işıqlı, ağ ev anlamındadır.“Pənahəli xanın imarəti” adı ilə tanınan abidə dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə - Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa olunub.
Pənahəli xanın imarəti işğaldan əvvəl və sonra
Ağdam qədim insanların yaşayış məskənlərindən biri olub. Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar bunu təsdiq edir. Üzərliktəpə Qafqazda ilk şəhər tipli yaşayış məskəni hesab edilir. Qədim alban tayfalarından olan qarqarlar da Ağdam ərazisindəki Qarqarçayı boyunca məskunlaşıblar.
Xındırıstan kəndində yеrləşən Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kümbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. Ağdamın tarixi memarlıq abidələrindəndir.
Qutlu Sarı Musa oğlu Kümbəzi
Ağdamın Xaçındərbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi mövcuddur. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”.
Bu daş kitabəyə görə türbənin inşası 15 iyul 1314-cü ildə tamamlanıb. Abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunub.
Şahbulaq qalası
Qarabağ tarixçilərinin məlumatına görə, Qarabağ xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin 10 kilometrliyində “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi saldırıb, daş və əhəngdən məscidlər, evlər, bazar və hamamlar tikdirib. İnşası 1751-1752-ci illərdə tamamlanmış bu kompleksdən indiyə bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına öz təsirini göstərib.
Ağdamın qədim memarlıq abidələrinin əksəriyyəti işğal dövründə məhv edilib. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib.
Erməni vandalları Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də vəhşicəsinə dağıdıblar.
Ermənilər aşkar şəkildə əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlayırdılar.
Ağdamda Qarabağın XIX əsr dini memarlığının monumental örnəklərindən biri inşa edilib. Ağdamın Cümə məscidi olan bu abidəni 1868-1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği ucaldıb. O, orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq-inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaradıb.
Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir.
1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində rayon ərazisində aşkar edilən arxeoloji tapıntılar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri və əşyalar qorunub saxlanılırdı. 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ermənistan tərəfindən tamamilə dağıdılıb. 2001-ci ildən muzey öz fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında qismən bərpa edib.
Ağdam Tarix-Diyarşünaslıq Muzeyi
Dünyada ikinci, MDB məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər də olub. Muzey eksponatlarının ən qədimi – eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi nəticəsində Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoyuldu və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.
Ağdam Çörək Muzeyi
Ağdam deyəndə ilk yada düşən yerlərdən biri də Ağdam Çay evidir.
Ağdam Çay evi Azərbaycan SSR KP MK-nın Ağdam Rayon Partiya Komitəsinin I katibi Sadıq Murtuzayevin zamanında akademik Xudu Məmmədovun ideyası əsasında yaranıb. "Çay evi" layihəsinin baş memarı Naiq Səmədov idi. Layihədə hörgü işləri yalnız birinci mərtəbədə olub. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi. "Çay evi"nin yerini isə Xudu Məmmədovla birgə müzakirədən sonra məscidin yanında tikmək qərara alındı. İnşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən istifadə edilmişdi.
"Çay evi"nin ortasında iri diametrli boru qalxırdı. Hər tərəfdə kiçik həcmli borular konstruksiyalarla bir-birinə birləşirdi. Mərtəbələr arası arakəsmələr taxtadan idi. Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi. Hər mərtəbədə dörd qapı nəzərdə tutulmuşdu. Yuxarı mərtəbələr məscidə baxan tərəfdə dairəvi şəkildə quraşdırılmış pilləkənlə qalxmaq olardı. "Çay evi"nin tikintisi zamanı yüz tona yaxın metal konstruksiyadan istifadə edilmişdi. "Çay evi"nin günbəzi sinkləşdirilmiş dəmirlə vurulub.
1986-cı ildən istifadəyə verilən "Çay evini" də ermənilər yandırıb.
(Azvision)