Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağdamın peykdən görüntüsü- FOTO

Ağdamın peykdən görüntüsü -    FOTO
Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il ötür. Bununla əlaqədar Ağdam rayonu ərazisindəki Şahbulaq qalasının və rayonun işğal altında olan ərazilərində Ermənistan tərəfindən yanğın törədilən sahələrin “Azersky” peykindən əldə olunmuş təsvirləri təqdim edilib.
Yenixeber.org: Təsvirləri “Azərkosmos” ASC yayıb. Ağdam rayonu ərazisində XVIII əsrə aid, müdafiə elementlərini özündə əks etdirən Şahbulaq qalası Azərbaycan tarixində özünəməxsus yeri olan Qarabağ xanlığı tərəfindən inşa edilib. Hərbi memarlıq üslubuna malik olan Şahbulaq qalası nadir qala komplekslərindən biridir. Strateji cəhətdən Ağdam rayonunun əlverişli hissəsində yerləşən qala bir müddət Qarabağ xanlığının mərkəz qalası olub. Bu gün Şahbulaq qalası da erməni vandalizminin acı nəticəsini yaşamaqdadır.



Düşmən, həmçinin Ağdamın təbii resurslarına və onun təbiətinə də amansızcasına yanaşır. Son günlər Ağdam rayonunun işğal altında olan ərazilərində Ermənistan tərəfindən silsilə yanğınlar törədilir. “Azersky” peykindən əldə olunan peyk təsvirlərinin analizinə əsasən sözügedən ərazidə təkcə son bir həftə ərzində törədilən yanğınların 560 hektardan çox sahəni əhatə etdiyini görmək olar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam