Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AZƏRBAYCAN ORDUSU AĞDAMDA! -(VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Yenixeber.org: Aran Qarabağın vaxtilə ən böyük şəhəri olan Ağdam noyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçib. 

Bu barədə sosial şəbəkələrdəki məlumatlardan və hərbi qulluqçuların çəkdikləri videolardan məlum olub. Videogörüntülərdə zirehli avtomobillər qafiləsinin Ağdam istiqamətində hərəkət etdiyi görünür. Sabah bununla bağlı rəsmi açıqlamanın olacağı gözlənilir.

Artıq hərbçilərimiz Ağdamın şəhər viranələrini və şəhərin yarıdağılmış vəziyyətdə olan mərkəzi məscidinin görüntülərini paylaşıblar. Ermənilər bu məsciddən donuz damı kimi istifadə edirdilər.

Xatırladaq ki, 9 noyabr tarixli sazişə əsasən, Ermənistan qoşunları Ağdam rayonunu noyabrın 20-nə qədər boşaltmalıdırlar.

Ağdam 1993-cü ilin iyulunda ermənilər tərəfindən işğal edilib və işğal edilmiş ərazilərdə bütün digər yaşayış məntəqələri kimi, tamamilə məhv edilib.

150 min əhalisi olan bu şəhər həmişə Azərbaycanın ən zəngin və firəvan şəhərlərindən biri olub. Şəhər regionda strateji mövqeyə sahibdir və Dağlıq Qarabağın üç rayonuna – Xocavənd (Martuni), Əsgəran və Ağdərə (Mardakert) rayonlarına çıxışı var. Ağdam Dağlıq Qarabağın inzibati mərkəzindən – Xankəndindən (Stepanakert) cəmi 25 km məsafədə yerləşir.

Bu gün Azərbaycanlılar 27 illik işğaldan sonra bu rayona qayıdıblar. Amma son 5 gün ərzində ermənilər bu rayonda, ilk növbədə ermənilərin işğaldan sonra məskunlaşdıqları kəndlərdə olan bir çox obyekti yandırıblar. (azpolitika)

 

 

 

 

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam