Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Prezident: -"Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir"

Prezident: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir

"Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu, onlar üçün də çox önəmlidir. Çünki onlar bilirlər ki, ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir".

Yenixeber.org: Bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Neftçilərin əməyini yüksək qiymətləndirən dövlət başçısı Dövlət Neft Şirkətində işlədiyi illəri xatırladaraq deyib ki, o zaman əldə etdiyi təcrübə onun üçün çox qiymətlidir.

Görkəmli neftçilərimizlə, o cümlədən əfsanəvi neftçi Qurban Abbasovla bir yerdə işlədiyini söyləyən Prezident İlham Əliyev onu çox prinsipial mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli mütəxəssis kimi xarakterizə edib. Vurğulayıb ki, bu nəhəng kran gəmisi onun adını daşıyır.

Akademik Xoşbəxt Yusifzadənin də xidmətlərini qeyd edən dövlət başçısı deyib ki, Dövlət Neft Şirkətində işləyərkən onunla hər gün görüşürdük və bu gün də görüşürük.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam