Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Biləsuvarda əməliyyat keçirildi -Saxlanılanlar var

Biləsuvarda əməliyyat keçirildi -  Saxlanılanlar var
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bidirilib ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakini R.Abbasovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış keçirilib.

Nəqliyyat vasitəsindən 1 kiloqram 105 qram heroin aşkarlanaraq götürülüb. Sürücü və sərnişinləri - Bakı şəhər sakini E.Şərifov və Neftçala rayon sakini H.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İ.Cahangirov tutulub. Şəxsi axtarış zamanı ondan 472 qram marixuana götürülüb.

Faktlarla əlaqədar təhqiqat davam edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam