Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Moskva-Bakı münasibətlərini heç nə poza bilməz” -İqor Korotçenko

“Moskva-Bakı münasibətlərini heç nə poza bilməz” -  İqor Korotçenko
Rusiya heç vaxt Azərbaycanla münaqişəyə getməz. Üstəlik, bu gün Azərbaycanın Rusiya üçün əhəmiyyəti artmaqdadır, hər il ölkələrimiz daha da yaxınlaşır.

Yenixeber.org: Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Onun sözlərinə görə, Azərbaycanla etibarlı münasibətlər Rusiya üçün vacibdir, iki ölkənin əlaqələri liderlər arasındakı çox yaxın, isti, mehriban münasibətlərə əsaslanır.

“Strateji əməkdaşlığımız qarşılıqlı hörmət və etimada əsaslanır. Rusiya Azərbaycanın beynəlxalq aləmdə artan statusunu, regional əhəmiyyətini müsbət qəbul edir. Məhz Azərbaycana olan xüsusi etimadın nəticəsidir ki, yüksək səviyyəli rus generalların ABŞNATO hərbi rəhbərliyi ilə görüşləri Bakıda keçirilir. Əminliklə deyə bilərik ki, Azərbaycanın beynəlxalq statusu paytaxtında belə məsləhətləşmələr və görüşlərin keçirilməsinə imkan verir.

Rusiya üçün Azərbaycan strateji tərəfdaşdır, ortaq qlobal nəqliyyat və iqtisadi layihələrimiz var, bizim üçün Azərbaycan Xəzər dənizində mühüm tərəfdaşdır, ortaq çoxtərəfli formatlar və hərbi-texniki əməkdaşlıq inkişaf edir", - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın Müdafiə naziri Bakıda vəziyyəti izah edərək bildirdi ki, Ermənistana daşınan yüklər Gümrüdəki Rusiya hərbi bazası üçün planlaşdırılan tədarüklər idi.

"Əminik ki, insdent bitib. Eyni zamanda, hər hansı bir sual qalırsa, diplomatik kanallarla həll edilə bilər. Heç bir halda Rusiya tərəfinin verdiyi açıqlamaların reallıqla ziddiyyət təşkil etdiyini düşünmürəm.

Rusiya ilə Azərbaycan arasında münasibətlər kifayət qədər dinamik inkişaf edir. Əminəm ki, Rusiya silahları və hərbi texnikasının Azərbaycana tədarükü üçün bizi yeni müqavilələr gözləyir. Mütəxəssis olaraq, müasir aviasiya ilə yanaşı, hava hücumundan müdafiə sistemlərinin olacağını da güman edirəm.

Müxtəlif sızmalara görə, Rusiya ilə Azərbaycan arasında bu cür təmaslar və danışıqlar davam edir. Onların uğurla başa çatacağına ümid edək.

Azərbaycanın strateji boru kəmərlərinin cəmləşdiyi Ermənistanla sərhədindəki döyüşlərdən sonra Bakının hava hücumundan müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməsinə ehtiyacı olduğu açıq-aşkar görünür.

Fikrimcə, buna görə, ilk növbədə Azərbaycanın artıq aldığı S-300-ə əlavə olaraq S-400 zenit-raket kompleksləri alması lazımdır. Həmçinin Top-M2 zenit raket sistemlərini də.

Hazırda Ermənistanın zərbə dronlarının yaradılması istiqamətində fəal iş apardığını nəzərə alsaq, Azərbaycanın son hadisələrdən çıxış edərək, öz neft və qaz hasilatı obyektlərinin təhlükəsizliyini təmin etməsi olduqca əhəmiyyətlidir. Azərbaycan artıq Top-M2 alıb, amma bu, çoxdan olub.

İndi daha səmərəli, daha müasir və mükəmməl komplekslər var. Bu cür komplekslərin alınması Azərbaycan üçün suverenliyini gücləndirmək və strateji infrastruktur obyektlərinin təhlükəsizliyini tam təmin etmək baxımından vacib olardı".

Bundan əlavə, ekspert vurğulayıb ki, hazırda Ermənistana Rusiyadan yeni silah kreditindən söhbət getmir. Dünya bazarı üçün bir Su-30SM-in qiyməti tam sursat yükü ilə təxminən 50-60 milyon dollardır. Buna görə də Ermənistanın qırıcıları hansı şərtlərlə əldə edəcəyi sualı doğurur: "Bu gün Rusiyanın siyasi məkanı rusiyapərəst qüvvələrdən təmizləmək, Rusiya telekanallarının Ermənistanda sərbəst giriş şəbəkəsini bağlamaq kimi anti-Rusiya kursu götürən Paşinyan hökumətinə kredit verəcəyinə çox şübhə edirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam