Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ekspert:Rusiya və Azərbaycan regionda ən vacib iştirakçılardır

Rusiya və Azərbaycan regionda ən vacib iştirakçılardır.

Yenixeber.org: Bunu rusiyalı ekspert İvan Pyatibratov "Valday" oktyabrın 3-də Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclası çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşünü şərh edərkən deyib.

O, iki ölkənin uzun illər ərzində dostluq münasibətlərini saxlamasının və regionda strateji tərəfdaş olmasının vacib əhəmiyyətini vurğulayıb.

Ekspertin fikrincə, Azərbaycan və Rusiyanın mehriban qonşuluq münasibətlərini dəstəkləməsi Prezident İlham Əliyevin dediyi kimi çox önəmlidir:

"Bu il "Valday" Beynəlxalq Diskussiya Klubunda ilk növbədə Şərq və Yaxın Şərq mövzusu əsas yer tutub. Bu isə onu göstərir ki, Rusiyanın siyasəti çoxqütblüdür və hər istiqamətdə iri layihələri var. Eyni zamanda bu, onu göstərir ki, Şərqin problemləri və perspektivləri hazırda daha aktualdır. Biz Suriyada, Dağlıq Qarabağda, Amerika və İran arasında münaqişələri görürük və bütün bunlar öz həllini tələb edir. Vladimir Putin iclas zamanı əsas diqqəti beynəlxalq terrorizmlə mübarizə və Suriyadakı vəziyyətin nizamlanmasında əldə edilən uğurlara ayırdı. İlham Əliyev öz növbəsində Dağlıq Qarabağ problemini qaldırdı və onun həllində BMT Təhlükəsizlik Şurasının siyasi gücsüzlüyünü qeyd etdi. Bu müstəvidə ölkələrimiz yaxınlaşır, çünKi Azərbaycanla Ermənistanın ərazi mübahisəsinin sülh yolu ilə həlli üçün güclü hakim lazımdır".

Ekspert Rusiya, Azərbaycan və İranla yanaşı, digər ölkələrin də yer aldığı "Şimal-Cənub" layihəsini qeyd edib. Cənub Qaz Dəhlizi və Çinin "Bir kəmər, bir yol" meqalayihəsi Şərqdə reallaşdırılan iki layihədir və mahiyyət etibarilə müasir geosiyasətin landşaftını dəyişir:

"Bütün bu layihələr bu və ya digər şəkildə Azərbaycanla əlaqəlidir və onun Yaxın Şərq münasibətlərində vasitəçi kimi rolunu yüksəldir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam