Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“BU, GERİYƏ DOĞRU ADDIM DEYİLMİ?" -Deputat təhsil xərclərinin azaldılmasını sərt tənqid etdi

Parlamentdə qəbul olunan yeni büdcə layihəsində təhsil sektoruna ayrılan xərclər 121 milyon manat azaldılıb.

Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsində təhsil xərclərinin həcmi 3 milyard 155 milyon 797 min 681 manat müəyyənləşmışdi. Yeni layihədə isə bu istiqamətdə xərclər 3 milyard 34 milyon 767 min 819 manat göstərilib. Beləliklə, 2020-ci ilin büdcəsində təhsil xərcləri büdcə xərclərinin 11,7 faizini təşkil edib.

 

Yenixeber.org: Dünən Milli Məclisdə müzakirələr zamanı deputat, tanınmış təhsil eksperti Etibar Əliyev çıxış edərək bildirib ki, azaldılma məktəbəqədər təhsildə 35,3 milyon manat - 10,8 faiz nəzərdə tutulur.

"Təhsilin məktəbəqdər həlqəsi ən məzlum həlqədəir. Ölkə üzrə məktəbəqdər təhsilin əhatə dairəsi 18 faizdir. Ümumilikdə 30 faiz yaşayış məntəqəsində uşaq baxçaları yoxdur. Bir neçə il əvvəlin proqnozlarına görə, 2020-ci ildə məktəbəqədər təhsilin əhatə dairəsi 90%-ə çatdırılmalı idi. Lakin çatdırıldımı?

Uşaqlar pandemiya ilə bağlı baxçaya getmirsə, xərclər azaldılmalı idimi? Burda əsas məsələ vəsaitin qənaətidirsə, bu, uşaqların təhsili və tərbiyəsi hesabına başa gəlməli deyil. Pandemiyanın qurtarmasını proqnozlaşdıra bilmişikmi? Kəsilən vəsaitin hesabına məktəbəqdər təhsilin şəbəkəsini qismən də olsa genişləndirmək olar. Bu vəsaiti uşaq baxçaları çatışmayan rayonlarda baxçaların açılmasına sərf etmək lazımdır" - deyə millət vəkili vurğulayıb.

E. Əliyev daha sonra Hesablama Palatasının təqdim etdiyi hesabata istinadə edib: "Həmin sənədin 32-ci səhifəsində əks olunan 8-ci cədvəldən göründüyü kimi, dövlət sifarişi ilə ali təhsilin maliyyəsi və təhsil sahəsində digər tədbirlərin xərcindən 40,1 milyon azaldılıb. Ölkədə ilbəil dövlət sifarişli yerlərin sayı artırılır və əvvəllər verilimiş qərarlara müvafiq olaraq 55 faizə qədər yüksəldilməsi nəzərdə tutulur. Sizcə bu azalma indiyə qədərki qərarlarla ziddiyyət təşkil etmirmi? 2019-2020 tədris ilində dövlət sifarişli yerlərin sayı 16 min nəfər artırılmışdı. Nəzərinizə çatdırıram ki, 176 min tələbənin 70 mini dövlət sifarişi ilə təhsil alır. Bu ixtisar həmin yerlərin 30 faiz azalmasına gətirib çıxaracaqdır. Bu geriyə doğru addım deyilmi?"

Deputat çıxışında iki təklif səsləndirib: "Ölkədə təhsil haqlarının ödənilməsində yaranan problemlərlə əlaqədar olaraq, dövlət büdcəsində təhsil kreditləri ilə bağlı xərclər nəzərdə tutulsun. Düşünürəm ki, gec də olsa bu barədə qərar qəbul olunmalıdır.

İkincisi, ali məktəblərdə tələbələrin ödədikləri təhsil haqlarının 80 faizi müəllimlərin əməkhaqlarına sərf olunur.Tələbə təhsilhaqqı ödəmədiyi halda əməkhaqqı problemi yaşana bilər. Təklif edirəm ki, bu problemi öncədən görmək və həlli məqsədlilə dürüstləşən büdcədən vəsait nəzərdə tutulsun".

(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam