Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

«275″-İN DİREKTORU ŞİDDƏTLİ TÖHMƏTİ CƏZA KİMİ DEYİL, MÜKAFAT KİMİ QƏBUL EDİB

 

sekil 14    sekil 26  sekil 25

Təhsil Naziri cənab Ceyhun Bayramovun oxuması vacibdir.

Yenixeber.org: Hazırda saytımızda gedən tənqidi yazılar paytaxtın 275 saylı məktəbinin direktorunu və tərəfdarlarını şoka salıb. Direktor Fəridə Şərifova yazılan tənqidlərdən bir nəticə çıxarıb səhvləri düzəltmək əvəzinə, agent axtarır. Bu məsələyə xeyli iclas həsr edib. Başqa iclaslarında da bu mövzuya toxunmamış olmur. Etibarlı mənbə məlumat verir ki, Pedaqoji şuranın iclaslarında təlim-tərbiyə məsələləri kənarda qalıb: «İclaslar Gülümsərovun iclaslarına çevrilib. Şahab İsayev və onun beş-altı nəfər tərəfdarı məclisi ələ alıb «limonla mandarinin calağını» müzakirə edir, redaksiyamızı informasiya ilə təmin edən şəxsi axtarırlar.

Direktorun ətrafında yer alan müəllimlərdən biologiya müəllimi Pərvanə Əzizovanın da saytımızın müzakirə olunduğu iclaslarda xüsusilə canfəşanlıq etdiyi bildirilir: »Təxminən 2013 - 2014-cü illərdə sinif rəhbərliyi etdiyi vaxt yol verdiyi ciddi nöqsanlara və rüşvətxorluğuna görə valideynlər tərəfindən biabır edilmiş, sinif rəhbərliyindən azad etdirilmişdir. Deyilənə görə, münasibətlərdə gərginlik o həddə çatıbmış ki, valideynlərin onu bircə döyməyi qalıbmış. İtirdiyi nüfuzu yenidən bərpa etmək üçün əl atdığı bir sıra fəndlər boşa çıxandan sonra Pərvanə müəllimə pedaqoji şuranın iclasında direktorun çetesinə yarınmaq üçün şou göstərmək qərarına gəlib və iddia edib ki, guya redaksiyamıza material ötürən şəxslər onun gizli fotoşəklini çəkiblər…».

Saytımızın qarasına deyinən müəllimlərdən biri də Mehparə Surxayevadır: «Bir vaxtlar məktəbin müəllimlərinə «kurs keçib» maaşlarına şərik çıxan Mehparə müəllimə indi sinifdəki şagirdləri həftənin günlərinə bölüb, hər gün iki-üç şagird dərsə gəlir, onları da pul alıb dərsin sonrakı saatlarında arxa qapıdan yola salır. Pedaqoji şuranın iclaslarında Şahab İsayevin tərəfdarı kimi canfəşanlıq edirmiş. Hətta deyirmiş ki, «Şahab müəllimi tək qoymamalıyıq, nə deyirsə təsdiqləyək, yazığın əsəbdən rəngi qaralıb». Çünki özü də yaxşı bilir ki, Şahabın saxtakarlığı üzə çıxarsa, əsəbdən deyil, qorxudan ölə bilər…»

Mənbənin bildirdiyinə görə, iclaslarda «mən dürüst işləyirəm, o üzdən heç nədən qorxmuram» deyən Şahab İsayev də operativ işləyir: «Keçmiş təsərrüfat müdiri Şölə Qasımovaya oyun qurub şər- böhtanla çıxartdırmaqla sakitləşmədi. Növbəti planlarını qurur. Ş.Qasımovanın məktəbdə işləyən iki bacıları üçün də planlar cızmaqda, onları gözdən salmaq üçün əl altdan işlərini davam etdirməkdədir. Hər şeyin üstü açılar bir gün. Sən demə, Ş.İsayev məktəbin 120-dən çox müəllimini aldadıb ki, «gəlin belə bir kağıza imza atın ki, məktəbdəki komissiyalardan bezmişik, sakitlik istəyirik, keçmiş riyaziyyat müəllimi Rahib müəllimin  məktəbə qayıtmasına etiraz edirik». Demə, bu, müəllimlər üçün bir oyun imiş. Hamı Ş.İsayevə inanc yeri, məktəbin Həmkarlar komitəsinin sədri kimi inanıb, güvənib, imza atıb. Amma yazıq müəllimlər hardan bilsinlər ki, bu imza kağızının əvvəli başqa mövzu imiş və kağıza sonradan başqa mövzular əlavələr edilib. Əlavədə isə qeyd edilib ki, «biz müəllimlər Ş.Qasımovanın məktəbə qayıtmağını istəmirik, o bizdən hər ilin sonu 300 manat pul alıb» və s. Söz var ki, bütün bu saxta imzalara görə Ş.İsayev və həmin müəllimlər bu yaxınlarda məhkəmə qarşısında cavab verməli olacaqlar.»

Redaksiyamıza daxil olan məlumatda məktəbdə cərəyan edən başqa xoşagəlməz olaylardan da bəhs olunur: «5-ci sinif şagirdləri olan Sabir Danyanı döyüb. Bir müddət bundan öncə 1-ci sinif şagirdi Fatimənin valideyni ibtidai sinif rəhbəri Svetlana Zeynalovadan prokurorluğa şikayət etmişdi. Təəssüf ki, S.Zeynalovanın 40 şagirddən ibarət sinfi bölünmədi. 28.01.2019 cu ildə məktəbdə Ayşə Məmmədovanın üstünə hücum edən sinif valideynləri ona bəzi xatırlatmalar ediblər: »Ayşə müəllimə, siz çox yalançı adamsız! Siz işini bilməyən yeganə insansız bəlkə də. Siz bizə yaydan söz verdiniz ki, gedin rahat oturun, sinif bölünəcək. Əgər idarə icazə verməyəcəkdisə, niyə bizi ümidli etdiniz? Bizim uşaqlar neçə vaxtdır kor qalıblar, sinif bölünmür. Savadsızlıq baş alıb gedir. Müəllim bu qədər uşağa çatdırıb dərs keçə bilmir. Ancaq uşaqların üstünə qışqırır, təhqir edir. Heç olmasa, İdarədən başqa müəllim tələb edin…»

Barəsində informasiya aldığımız neqativ hallardan biri də budur ki, hər il müəllimlərin işə qəbulu üzrə kifayət qədər müəllim vakant yeri olmadığı üçün yerləşdirilə bilmir və ehtiyatda saxlanılır: «Məktəblərdə ehtiyac olarsa vakant yer yaranarsa, direktor BŞTİ-ə müraciət etməlidir. Lakin 275 nömrəli məktəbin direktoru məktəbin digər 2-ci sinif rus bölməsi üzrə ibtidai sinif müəllimi Sevil Əliyevadan kifayət qədər hörmət gördüyünə görə idarədən yeni müəllim istəmək əvəzinə Sevil müəlliməyə iki sinif həvalə edir. Sevil müəllimə həm 1- ci növbə, həm də 2 - ci növbə məşğulluğunu təmin edərək iki sinfə idarəçilik edəcək. Haqlı sual ortaya çıxır: Bu müəllimin bütün bu yorğunluğundan şagirdlər nə əldə edəcəklər? Puldan ötrü bu qədərmi şagirdlərin həyatı, təhsili qurban verilir?..»

Məktəbdə yeni adətin başladığı da bildirilir: «Hər iki aydan bir kserokopiya aparati xarab olur. Yenə də müəllimlərdən 5 manat pul yığılır ki,düzəldilsin. Direktorun özü ilə gətirdiyi »öz adamı» usta Dilqəm dayı da ağız açmağa imkan vermir. Elə bil alverə gəlib. Məktəbin bazasında kifayət qədər lampa və digər inventar əşyalar olduğu halda Dilqəm dayı hər şeyi pulla satır. Direktor hansısa naməlum səbəbdən tez-tez xarab olan kserokopiya aparatına görə hər müəllimdən 5 manat pul yığmasını elə pedaqoji şuranın iclasındaca Leylaya tapşırır. Müəllimlərə də barmaq silkələməyi unutmur: »Nəzərə alın ki,  kserokopiya havayı deyil. Öz şəxsi məqsədlərinizlə də surət çıxartdığınızı mənə deyiblər». «Açıq dərs»lərin «tort adəti» də  davam etməkdədir. Valideynlər artıq belə «açıq dərs»lərdən gileylənirlər: «Bizim nəyimizə lazımdır, sinif bəzənir — pul gətir, kamera çəkir — pul gətir, direktora tort, gül veririk — pul gətir. Mən uşağımı dərsə göndərirəm, yoxsa, hər ay bir müəllimin verdiyi «açıq dərs»ə lazım olan ehtiyacları ödəməyə?..»

İnformatorumuz rişxəndlə etiraf edir ki, BŞTİ çox operativ işləyir: «Sizin bu qədər yazılardan bir nəticə çıxarmaq əvəzinə Fəridə xanımın otağına canlı bağlantı edir . O da deyir ki, «narahat olmayın, gəlib sizi görəcəm». Beləcə söhbət bağlanır. Komissiya göndərəndə də BŞTİ yenə sag olsun, bir gün qabaq xəbər edir ki, gələcəm, əliniz cibinizdə olsun. Fəridə xanım gecə ilə Ayşə Məmmədovaya zəng edir. O da bütün 10, 11- ci sinif rəhbərlərinə zəng vurub məşhur müraciətini edir: » Ay qız, ay qız, tez olun. Sabah bütün uşaqları evdən çağırın, komissiya var».

Komissiya gedən kimi isə yenə də hamı öz işində olur: «Üçüncü saatdan sonra 10-11-ci sinif şagirdlərindən siniflərdə heç kəs qalmır. Direktor müavini Ayşə Məmmədova guya sinifləri gəzib nəzarət edir. Sən demə, məqsədi nəzarət yox, bir-bir müəllimlərə tapşırmaqdır ki, «filankəs mənim adamımdı, bəhmənkəsə «5″ yaz» və s. Otağından çıxanda hamı sevinir ki, «zavuç Ayşənin nəhayət, üzünü gördük…»

Məlumata görə, direktorun «sağ əli» olan (sağ əl pul gələn əl olur həmişə) Leyla Əliyeva adlı laborantı müəllimlərin qarşısını kəsib aylıq «hazırlıq pulu» yığdıqca müəllimlər bezdikləri üçün indiki direktora qarğış, keçmiş direktor Elmira Ismayılovaya şükr edirlər. Çünki o bu qədər acgözlük etmirmiş.

Bildirilir ki, Xədicə İsayeva da Şahabın adamı olduğu üçün Şahab onu guya pul söhbətinə qoşmur: «Halbuki, Xədicə töhmət almazdan əvvəl pul yığmaqda hamıdan pərgar idi. Hazırda isə bu iş adları xadimə gedən, lakin özlərini  laborant kimi aparan iki işçi — Aynur və Nurlananın üzərinə düşüb. Aynur heç olmasa, məktəbin qırıq — sökük işlərinə kömək edir, koridordan yığışmır. Amma Nurlana «xanım» kimi oturub otaqda, TİMS proqramı işləyir. Başa düşmək olmur, bəs digər laborantlar nə edir? Leyla xanım laborant ola — ola əli bircə sənədə dəymir, ancaq direktorun kaşlyokunu doldurur. Naharını təmin edir, sifarişlə xəngəllər və s. çeşidli xörəklər təşkil edir. Xadimələr isə gileylənirlər: «Yeri gələndə bizim də savadımız var, istəsək hər iş edərik, dikdaban ayaqqabı geyib xanım kimi gəzən Nurlanadan nə əskiyimiz var?» Çox maraqlıdır ki, niyə İdarə buna da göz yumur. İdarənin adından istifadə edib 10, 11-ci sinif müəllimlərindən məcburi şəkildə hər şagird üçün 10 manat TİMS proqramı adı ilə yığan Nurlana görəsən nə vaxt öz xadimə işinə qayıdacaq?

Xüsusilə azərbaycan dili və riyaziyyat müəllimləri hal — hazırda dərsliklərdən əlavə test kitabları istifadə edirlər. Valideynlərin şikayəti isə budur ki, niyə kasıb — varlı bilmədən hamı məcburən əlavə yük olan test kitabları almağa məcbur edilir?

Təhsil Nazirliyinin əmrinə görə, bütün məktəblərdə əlavə test kitablarının istifadəsinə icazə yoxdur. Lakin direktor əlavə satışa icazə verərək bütün siniflərə sinif testləri aldırmağa icazə verib.

Müəllimlər istədikləri geyimdə dərsə gəlirlər. Demək olar ki, məktəbin qadın müəllimlərinin yarısından çoxu şalvar geyinir. Halbuki müəllim geyimi deyil bu. Əgər birini saxlayıb soruşsaq, hamısı deyəcək ki, «əvvəl gedin, direktorun geyiminə baxın». Deməli, hər şey ailə başçısından asılıdır…»

İnformator xatırladır ki, 10 d sinif şagirdi Nahidin polisə düşməsi ilə əlaqədar Ayşə müəllimə tərəfindən məcburi yazdırılan izahatlar saxtalıqla BŞTİ-yə göndərilib, amma hörmətli Rza müəllim başqa müəllimlər tərəfindən yazılan saxta izahatlara göz yumub.

Daha bir ilginc məlumat da budur ki, məktəbin təsdiqlənmiş cədvəli heç də düzgün işləmir: «Direktor müavini Ayşə müəllimənin İdarəyə göndərdiyi cədvəl ilə məktəbin cədvəli uyğun deyil. Çünki bəzi müəllimlər yolları uzaq olduğu üçün dərsə çata bilmir, bəziləri gecikir, bəziləri isə başqa məktəbdə işlədiyi üçün bu qanuni cədvələ uyğunlaşa bilmirlər. Ayşə müəllimə bunun da çarəsini tapıb: Həmin müəllimlər ayda ona istədiyi «hörməti» edir və onlar da Ayşə müəllimin otagindaki qeyri — rəsmi düzəlmiş cədvələ uyğun dərsə gəlirlər…»

Növbəti bir saxtakarlıq: «Məktəbin kafelləri qırılmış, sökülmüş vəziyyətdədir. Dəfələrlə valideynlər şikayət ediblər ki, bu səbəbdən uşaqlar yıxılır, əlləri kəsilir. Lakin direktor aylıq yığdığı «hazırlıq pulu» ilə guya məktəbin ehtiyacını ödəyir. Valideynlərin şikayətini heç saymır.

Ayşə müəllimə gecə ilə müəllimlərə zəng edib ki, «sizdən İdarə rəsmiləri soruşsalar, deyin ki, bizə Ayşə müəllimə heç bir uşağı tapşırmayıb. Müəllimlər də indi onun ünvanına deyirlər ki, necə adamdı, bizə yalvarıb tapşırırdı, pulu alıb cibinə qoyurdu, indi yaxasını kənara çəkir, bizi ortada qoyur.  Direktor da tapşırılan uşaqların bir — bir valideynlərə zəng edir ki, bundan sonra sinif rəhbərinə yox, zəhmət olmasa, aylıqları özümə gətirin: «Ən sağlamı budur. Heç kim də bilməsin ki, nə yeyirəm, nə içirəm..»

Səhih məlumatlara görə, Fəridə Şərifovanın əvvəl işləmiş olduğu 327 saylı məktəbdə də rüşvət toplamaqdan başı açılmırmış, heç vaxt eləyib evdə də xörək bişirə bilmir, işçilərinə qazanla xörək, tort — şirniyyatlar ve.s gətirdirmiş: «Elə o məktəbdən qovulmasına da bu faktlar səbəb olub. Deyilənə görə, işdən çıxarılması barədə xəbər yayılanda «bu əfi ilandan canımızı qurtardıq» deyib sevinən valideynlərdən məktəbin koridorlarında şadyanalıq edib oynayanlar, hətta aglayanlar da olub…»

Məktəbin hərbi hazırlıq müəllimi Coşğun Soltanovun da artıq »275 - in saxtakarları» arasına qoşulduğu bildirilir: »…Çünki məcburdu. Rəhbəri olduğu 11 ci sinif buraxılış sinfidir axı. Fəridə xanım hansı şagirdi tapşırsa, ona «5″ yazmaq məcburiyyətindədir. Yoxsa, müvəqqəti müqaviləsi dayandırıla bilər. Seçkidə olduğu müddətdə dərsdən azad olan Coşğun müəllimin dərsləri başqa bir müəllimə yazılıb, amma təəssüf ki, jurnalı özü yazır. Dərsləri özü keçdi. Summativləri özü öz xətti ilə yazdı. Əvəzedən müəllim seçki müddətində yazılan əmək haqqını Fəridə xanıma çatdırır…»

29.01.2019 - cu il tarixdə bütün məktəbə xəbər yayılıbmış ki, Nazirlikdən komissiya var, təsərrüfat işlərini yoxlamağa gəlib. Tətil müddəti də olsa, şagirdlərə aid idi, müəllimlərin tətili deyildi. Amma təəssüf,  komissiya gördü ki, məktəbdə nə direktor var, nə də təsərrüfat işləri üzrə direktor müavini Roman müəllim. Roman müəllim bir həftəlik icazə alıb dağlar qoynunda dincəlməyə getmişdi. Gələn komissiya da özü təkbaşına məktəbdə yoxlamalar apardı. Bir nəticə əldə edə bilməyib kor-peşman qayıtdı. Təhsil Nazirliyinə dəfələrlə edilən şikayətlərə təəssüf ki baxılmır, heç əhəmiyyət də verilmir. Bu qədər saxtakarliqlara göz yumub araşdırmırlarsa, deməli Fəridə xanım vaxtında onların »hörmətini» güclü edib ki, hələ də yeyib qurtara bilməyiblər.  Şikayətlərdən biri də iki sinifə eyni vaxtda sinif rəhbərliyi edən Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Aybəniz müəllimdən idi. Şikayətin motivi bu idi ki, bu vəziyyətin günahkarı müəllim yox, ona sinfi pulla satan Fəridə xanımdır. 9d sinifi Ziyafət müəllimə yazılsa da, idarəçiliyi Vəliyeva Aybəniz edir. Həmçinin jurnalı da özü yazır. Buna niyə göz yumur Hörmətli Nazirlik nümayəndələri??? 10 və 11 ci sinif müəllimləri, xüsusilə adları çəkilən Sahilə, Natella, Mehparə, Leyli, Yusif müəllimin siniflərində saxtakarlıqlar davam edir. İstənilən saatda komissiya gələrsə, 20 şagirddən yerində yalnız 2-3 nəfər şagird tapar. Ən çoxu 7 nəfər. Bunun da metodunu öyrəndik ki, sən demə başçı »Nata» ləqəbli Natellanın üsulu tətbiq olunur. Yəni 20 şagirdi cədvəl üzrə günlərə bölüblər.Müəyyənləşdirilib ki, tək günlər və cüt günlər hansı şagirdlər dərsə gələcəklər. Bir sözlə, bu məktəbin müəllimləri də direktorun sayəsində çoxbilmişlikləri öyrəniblər…»

Mənbə qeyd edir ki, «Şamxal müəllim» deyə çağırılan texniki işçi özünü emalatxana müdiri adlandırır: «Hansı ki,  həmin emalatxana əmrlə əmək təlimi müəllimi Mahizər müəlliməyə tapşırılıb. Zirzəmidə yerləşən »emalatxana» adlı işə yararsız, işlək vəziyyətdə olmayan dəzgahlarla, dəmirlərlə, lazımsız əşyalarla dolu olan otağı özəlləşdirib. Məktəbdə otaq problemi olan bir vaxtda riyaziyyat müəllimi işləyən bacısına şərait yaradıb ki, repetitorluq etsin. Daha bir saxtakarlığı isə 10-11 - ci sinif şagirdlərini idman otağından pul alıb çölə buraxdırır. Bunu isə hələ ki, heç məktəb direktoru da bilmir…»

Mənbə belə bir qənaətin formalaşdığını bildirir ki, əslində 275 saylı məktəbə yoxlama komissiyası göndərməyin heç bir önəmi yoxdur: «»Bizə fakt lazımdır» deyən komissiya üzvləri Leyla müəllimədə direktorun hazırlıq qruplarından və kserokopiya üçün yığılan rüşvət dəftərini tutubmuş. Dəftərin hər bir səhifəsinin surətini də çıxarıb özləri ilə götürmüşdülər. Lakin, buna baxmayaraq, Fəridə müəllimənin barəsində heç bir ölçü götürülmədi. Yalnız şiddətli töhmət verməklə kifayətləndilər. Bu töhməti cəza deyil, mükafat kimi qəbul edən Fəridə Şərifova öz çirkin əməllərini davam etdirməkdədir.

P.S. O ki, qaldı Şahab İsayevin pedoqoji şurada «mən humanistlik edib «Dəryaz»ı bağışladım. Onlar məndən rüşvət istədilər,vermədim» kimi cəfəngiyyatlarına… Gərək bu sözləri deyəndə də  adamda üz ola haaa. Əgər müəllim kollektivinin ona verdiyi «şərəfli» adla çağırsaq bu «bığlı ….» n yaddaşı zəifdirsə məhkəmə gedişatından bəzi sual, cavabı ona xatırladırıq.

Hakim: Dəryaz,siz bu kişiyə niyə qaloş adı vermisiniz?

Dəryaz:  «Möhtərəm hakim, biz kimik ki,kiməsə ad verək. Belə şərəfli adı,  Şahab müəllim, işlədiyi müddətdə direktorun səsini yazıb zavuça, zavuçların səsini yazıb direktora, çatdıraraq qarşıdurma yaratdığı üçün müəllim kollektivi 10 il bundan əvvəl ona bu «fəxri adı» veriblər. O ki, qaldı gəlini, Xədicə İsayevanın rüşvət yığmaq məsələsinə, bu da,  BŞTİ nin araşdırılması nəticəsində sübut olduğu üçün  rəis, Məhəbbət  xanım Vəliyevanın imzası ilə verilən  töhmət. Xahiş edirik,şərait yaradın maşından müəllimlərdən pul yığmağını təsdiq edən səs yazısını da gətirim.» Elə bu vaxt Şahab İsayev, «möhtərəm hakim, mən şikayət etmək istəmirdim, əsəbiləşmişdim və bundan sonra da məhkəməyə gəlməyə vaxtım olmadığı üçün mən barışıq ərizəsi yazıram.» deyərək ərizəsini yazır. Bir sözlə özü girə bilmədiyi kola indi kollektivi təhrik edir.

Bu məktəbdə direktor və müavinlər problemləri aradan qaldırmaq əvəzinə ayda bir dəfə Pedoqoji Şura çağırıb saytımızı müzakirə edirlər. Bu da sonuncu iclasda natiqlərin odlu-alovlu çıxışı.

Direktor isə katricpulu yığmağının davasını döyür.

Axı, biz nə istəyirik. Deyirik ki,düzgün işləyin ki,belə problemlərlə də qarşılaşmayasınız.(deryaz.az)

Mövzunu davam etdirəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam