Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Direktor müavini milyonlar qazanır - 170 nömrəli orta məktəbdə özbaşınalıq

 

Qəzənfər Kərimov direktor postuna təyinat almaq məqsədilə kimlərə minnətçi düşüb?

 

Xeberinfo.com:   1932-ci ildən etibarən fəaliyyətdə olan Sabunçu rayonu, Sabunçu qəsəbəsindəki 170 nömrəli tam orta ümumtəhsil məktəbində hazırda bir sıra xoşagəlməz hallar cərəyan edir. Belə ki, direktorun təlim-tərbiyə işləri üzrə müavini Qəzənfər Paşa oğlu Kərimovun nöqsanlı fəaliyyəti nəticəsində adıçəkilən təhsil müəssisəsində şagirdlərin dərsə davamiyyətinin, elmə, biliyə marağının xeyli zəiflədiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada bildirilir ki, bu cür hallar həm şagirdləri, həm onların valideynlərini, həm də məktəbin pedoqoji heyətini ciddi şəkildə narahat edir. Qəzənfər Kərimovun ixtisasca kimya müəllimi olduğunu deyən mənbənin sözlərinə görə, o, direktoru müavini təyin edildiyi gündən adıçəkilən təhsil ocağının rəhbərliyinə qarşı fəaliyyətə başlayıb: «Deyilənlərə görə, Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirən Qəzənfər Kərimov bu gün nəyin bahasına olursa-olsun 170 nömrəli orta məktəbin direktoru olmaq üçün çaba sərf edir. Qeyd olunur ki, o, bu illər ərzində şagird və müəllimlərin hesabına külli miqdarda gəlir əldə edib, milyonlara sahib olub. Bu gün o, elə zənn edir ki, kimlərləsə əlaqə qurmaqla, kimlərinsə yardımlarına baş vurmaqla 170 saylı orta məktəbin direktoru olacaq. Halbuki həm şagirdlər, həm onların valideynləri, o cümlədən məktəbin müəllimləri Qəzənfər Kərimovun direktor postuna gətirilməsini arzulamırlar. Çünki o, direktor olacağı təqdirdə hər şey daha da pisləşəcək, bütün proseslər mənfiyə doğru gedəcək». Adıçəkilən təhsil müəssisəsində bir sıra müəllimlərin, həmçinin şagirdlərin böyük bir hissəsinin təzyiqlərə məruz qaldığını vurğulayan məlumatlı şəxs qeyd edir ki, hazırda Qəzənfər Kərimovun nəzarətində olan 170 nömrəli orta məktəbdə təhsilin səviyyəsi mövcud standartlara, normativlərə cavab vermir: «Deyilənlərə görə, direktorun təlim-tərbiyə işləri üzrə müavini Qəzənfər Kərimovun kollektiv arasında bir o qədər də hörməti yoxdur. Çünki müəllimlərin maaşları kartlarına yeni köçürülən kimi Qəzənfər Kərimov dərhal siyahı tərtib edir və bu siyahıya əsasən, “evdə təhsil” proqramına görə maaş alan müəllimlər, aldıqları əməkhaqqlarının məbləğindən asılı olaraq ən azı 50, ən çoxu isə 100 manat “ümumi işin” xeyrinə ödəmək məcburiyyətində qalır. Bildirilir ki, toplanan vəsaitlər isə birbaşa direktorun təlim-tərbiyə işləri üzrə müavininin ixtiyarında olur. Ümumiyyətlə, bu və buna bənzər digər neqativ hallar hazırda Qəzənfər Kərimovun nəzarətində olan 170 nömrəli orta məktəbdə pedaqoq və şagird heyətini narazı salmaqla yanaşı, tədrisin keyfiyyətinə də mənfi təsirini göstərməkdədir. Məhz elə bu səbəbdən də artıq məktəbin müəllim kollektivi, eyni zamanda şagirdlərin valideynləri hesab edirlər ki, əgər Qəzənfər Kərimov adıçəkilən təhsil müəssisəsinə direktor təyin olunarsa, o zaman məktəbin qara günlərini başlayacaq. Deyilənlərə görə, bu hal, yəni Qəzənfər Kərimovun direktor postuna gətirilməsi yalnız qapıda dayanan Gülbəniz xanımın işinə yarayacaq. Qeyd olunur ki, bundan sonra onun həyat səviyyəsi, yaşayış tərzi xeyli yüksələcək, hələ bəlkə də yeni vəzifəyə gətiriləcək». Bu arada, 170 nömrəli orta məktəbin direktorunun təlim-tərbiyə işləri üzrə müavininin həyat yoldaşının prokurorluqda çalışdığını deyən mənbə iddia edir ki, Qəzənfər Kərimov bir sıra yollara baş vuraraq məktəbdə daxili nizam-intizamı dəyişməyə, rəhbərliyi öz əlinə almağa can atır: «Deyilənlərə görə, o, məktəb direktoru postuna təyinat almaq məqsədilə artıq əlaqələrini işə salaraq bəzi şəxslərlə görüşüb. Qəzənfər Kərimovun kimlərə minnətçi düşdüyünü dəqiq deyə bilməsəm də, görünən odur ki, hələlik ona birmənalı şəkildə «hə» cavabı verilməyib».

Redaksiyadan:  Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam