Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Nazir “Bilik günü”ndə internat məktəbində olub

Nazir “Bilik günü”ndə internat məktəbində olub

Təhsil naziri Ceyhun Bayramov “Bilik günü” münasibəti ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində olub
Yenixeber.org: Təhsil Nazirliyindən  verilən məlumata görə, tədbirdə öncə Azərbaycanın Dövlət himni səsləndirilib. 5 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru İradə Vəzirova məlumat verib ki, bu il təhsil müəssisəsindən 24 nəfər məzun olub. Onlardan 10 nəfər ali məktəbdə, 9 nəfər isə orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirəcək. Bu il isə bir birinci sinif təşkil edilib və həmin sinifdə 8 nəfər təhsil alacaq.

Sonra 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri şeir, mahnı və musiqi nömrələri ilə çıxış ediblər. 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 555 bal toplayaraq ali məktəbə qəbul olunan Elvin İbrahimov məktəblərində yaradılan şəraiti yüksək qiymətləndirib və burada təhsil alan şagirdləri müvafiq imkandan yararlanmağa çağırıb.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov “Bilik günü” münasibəti ilə internat məktəbinin kollektivini təbrik edib, bu gün ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə uğurlar diləyib. Nazir əminliklə bildirib ki, builki birincilər də məktəbdə əldə etdikləri bilik, bacarıq və kompetensiyalarla yüksək balla tələbə adı qazanan Elmirdən daha yaxşı nəticə göstərməyə nail olacaqlar. Gələcəkdə sadəcə məktəbin deyil, bütövlükdə xalqımızın qürur duyacağı mütəxəssis, incəsənət xadimi kimi yetişəcəklər.

Tədbirin sonunda ilk zəng çalınıb. Daha sonra təhsil naziri Ceyhun Bayramov siniflərə baş çəkib, şagirdlərlə, xüsusən, birinci sinfə gələn uşaqlarla görüşüb, məktəbin şəraiti ilə tanış olub.

Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir və uşaqların tam orta təhsilini həyata keçirir.

İnternat məktəbində 30 sinif komplektində 307 nəfər şagird təhsil alır. Onlardan 98 nəfəri qız, 209 nəfəri isə oğlandır. Onların təlim-tərbiyəsi ilə 34 nəfəri I qrup əlil olmaqla 97 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Müəssisənin ərazisində yerləşən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən sağlamlıq imkanları məhdud uşaqlar üçün musiqi məktəbində internat məktəbinin 150 nəfər şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, forte piano, skripka üzrə siniflərdə təhsil alır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam