Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Avstriyalı şair BSU-da qonaq olub

 

Avstriyalı şair BSU-da qonaq olub

 

     Yenixeber.org: Müasir Avstriya poeziyasının görkəmli nümayəndəsi, bir çox nüfuzlu beynəlxalq mükafatlar laureatı Karl Lubomirskinin BSU-nun Filologiya fakültəsinin tələbələri ilə görüşü keçirilib.  Alman dili ixtisası üzrə təhsil alan tələbələr qarşısında çıxış edən şair gənclərə Avstriya ədəbiyyatından, müasir poeziyanın qarşısında duran vəzifələrdən, məşhur alman şairi, Nobel mükafatı laureatı Günter Qrafla görüşlərindən, ümumiyyətlə, öz həyat və yaradıcılıq yolundan ətraflı söhbət açıb. Karl Lubomirski bundan sonra gənclərə öz yeni  şeirlərini oxuyub, onları maraqlandıran suallara cavab verib. Dil faktorunun hər şeydən önəmli olduğunu vurğulayan  sənətkar 1962-ci ildən İtaliyada yaşamasına və bu dili mükəmməl bilməsinə baxmayaraq, əsərlərini yalnız almanca yazdığını deyib. “Mən alman dilində sözlərin hərarətini hiss edirəm” deyən sənətkar yaradıcılığının Avstriya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini və bir çox mükafatlara layiq görüldüyünü də nəzərə çatdırıb. Sonra şair gənclərə özünün tərcüməçilik fəaliyyətindən və tərcüməçi qarşısında duran vəzifələrdən danışıb.  Əsərlərinin 22 dilə tərcümə olunduğunu qeyd edən Karl Lubomirski tərcüməçiliyin xüsusi istedadla bərabər, tərcüməçidən zəhmətkeşlik tələb etdiyini vurğulayıb.  Görüşdə şairin bu yaxınlarda Azərbaycanda  çapdan çıxmış “Özümdən elə uzağam” adlı şeirlər kitabı da gənc oxuculara təqdim olunub. Yeri gəlmişkən, kitabı orijinaldan dilimizə tanınmış tərcüməçi  Çərkəz Qurbanlı çevirib.    

           Görüşdən sonra avstriyalı qonağı BSU-nun rektoru, professor  Nurlana Əliyeva qəbul edib.  N.Əliyeva poeziyanın sərhəddinin olmadığını, onun ölkələri adlayıb qitədən-qitəyə yol açdığını bildirib. BSU rektoru Avstriya şairinin gənclər tərəfindən hərarətlə qarşılanmasını da məhz bu sərhədsizliyin bir nümunəsi olduğunu qeyd edib.

          Səmimi qəbula görə minnətdarlığını bildirən Karl Lubomirski kitabının Bakıda nəşrindən məmnun qaldığını və heç bir ölkədə belə səmimiyyət görmədiyini qeyd edib. Qonağı Avstriyanın Bakıdakı Səfirliyinin müavini Volfqanq Marxardt və səfirliyin mədəniyyət məsələləri üzrə əməkdaşı Kathavina Mayvhofer müşaiyət edib.

 

                                                                               BSU-nun Mətbuat xidməti 

 

Avstriyalı şair BSU-da qonaq olub

 

Avstriyalı şair BSU-da qonaq olub

 

Avstriyalı şair BSU-da qonaq olub

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam