Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Yunanıstan səfiri BSU-da qonaq olub

Yunanıstan səfiri BSU-da qonaq olub

 

Yunanıstan səfiri BSU-da qonaq olub

 

Yenixeber.org: 21 noyabr tarixində Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos Bakı Slavyan Universitetində (BSU) olub. Qonaq əvvəl BSU-da fəaliyyət göstərən Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzində yunan dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb, onlarla dialoqa girib. Səfir burada keçdiyi həyat yolundan, diplomatik fəaliyyətindən. incəsənətə marağından söhbət açıb və gənclərə tövsiyyələrini verib.

Sonra səfiri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək, Yunanıstanla Azərbaycan Respublikası arasında bütün zamanlarda səmimi dostluq və qardaşlıq münasibətlərinin olduğunu bildirib. O, səfirin çoxillik diplomatik fəaliyyəti barədə məlumatlı olduğunu qeyd edərək, onun uzun zaman müxtəlif ölkələrdə Yunanıstanı təmsil etməklə bərabər, həm də istedadlı rəssam, sənət adamı olmasını da diqqətə çatdırıb.

Rektor Bakı Slavyan Universitetində Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, burada 46 nəfər tələbənin qədim ellada xalqının dilini, tarixini, mədəniyyətini, etnoqrafiyasını öyrəndiyini deyib. N.Əliyeva Yunanıstanın tarixin ən qədim dövrlərindən öz alim və filosofları ilə, ədəbiyyat və incəsənət xadimləri ilə dünyada tanındığını vurğulayıb. O, Azərbaycanın orta və ali məktəblərində Homerin “İlliada” və “Odesseya” əsərlərinin tədris olunduğunu, hər zaman sevilə-sevilə oxunduğunu deyib.

BSU rektoru Azərbaycanın müstəqillik tarixinin bir o qədər də uzun olmadığını, bununla bərabər dünyanın aparıcı dövlətləri ilə bir cərgədə dayandığını söyləyib. O, BSU-nun Yunanıstan Respublikasının bir çox universitetləri ilə yaxın əlaqələrə malik olduğunu, tələbə -müəllim mübadiləsi apardığını, Yunanıstan səfirliyinin Bakı Slavyan Universitetində keçirilən “Səfir saat”larında fəal iştirak etdiyini nəzərə çatdırıb.

Rektor ötən bir çox ölkələrin səfirliklərinin Azərbaycanda fəaliyyətə başlamaları ilə bağlı yubiley tədbirlərini BSU-da keçirdiklərini deyib. O, Rusiyanın, Belarusun, Ukraynanın və digər ölkələrin prezidentlərinin Bakı Slavyan Universitetində qonaq olduğunu, tələbələrlə görüşdüyünü diqqətə çatdırıb.

Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyinin keçirmək istədiyi tədbirlərə ev sahibliyi etməyə hazır olduqlarını bildirən rektor həm də BSU-nun Yunanıstan universitetlərindən biri ilə beynəlxalq elmi konfrans keçirmək arzusunu dilə gətirib.

 

Yunanıstan səfiri BSU-da qonaq olub
Yunanıstan səfiri BSU-da qonaq olub
Yunanıstan səfiri BSU-da qonaq olub


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam