Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Xətai rayonundakı 171 saylı məktəb direktorunun "BİZNESİ" -İDDİA

Fəal sosial şəbəkə istifadəçisi öz səhifəsində bildirir ki, Xətai rayon Əhmədli qəsəbəsində yerləşən 171 saylı tam orta məktəbin direktoru Zemfira Məsiyeva və özünə tabe etdiyi müəllim qrupu əlbir olaraq valideynlərdən müəyyən məqsədlər üçün pul toplayırlar.

Yenixeber.org: Bu hallar ətraflı olaraq sosial şəbəkə istifadəçisinin paylaşımında ətraflı qeyd olunur.  Mənbə bildirir ki, dərsdən yayınma hallarının öz qiyməti var. Bu qiymət 3, 4, 5min arası dəyişir. 

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.
 
Seçicini yağlı vədlərlə aldadıb Milli Məclisdə oturan bir çox deputat yerindən ancaq öz qazancı üçün yararlanır, camaat onu heç düşündürmür. Deputatı, məmuru qınayırıq, amma dərindən fikirləşəndə görürsən bunların təməli bağçada, məktəbdə qoyulub. Deputat, məmur olana kimi yaşadığın illərdə hər şeyin pulla həll olunduğunu görüb özün də o yola düşürsən. Uşaq bağçasında yazıq valideyn nə istəyirlər övladının xatirinə verir.
 
Hər bayramda pul, tərbiyəçiyə pul, direktora pul, məktəbdə də həmçinin, hələ bir az da çox. Məktəb direktorları şagirdlərə, əsas da yuxarı sinifdə oxuyanları pul qarşılığında şərait yaradırlar.
 
Məktəbin yerindən asılı olaraq qiymət 3-5 min manat arasında dəyişir. Yazıq valideyn uşağının ali məktəbə düşməsi üçün onun üçün yaxşı müəllim axtarır, hazırlığa qoyur. Məktəb rəhbərləri də bunu yaxşı bilirlər. Yaxşı da qazanc yeri tapıblar. Pulunu ver, dərsə gəlmə. Əl əli yuyar məsələsi.
 
Bəlkə elə məktəbdə ona görə yaxşı dərs keçmirlər ki şagirdlər repetitor yanına getmək üçün məcbur olub icazə alsınlar. Yəni pullu razılıq. Keçmişdə də məktəblərimiz də pul yığmaq adət olmuşdu.
 
Süpürgə üçün də pul yığılırdı, imtahanda yemək-içmək üçün də. Bir az da əvvələ getsək, bunun da təməli bağçalarda qoyulmuşdu.
 
Hər bayramda, hər bir tədbirdə valideynin cibi boşalırdı. İndi də bu ənənə davam edir. Özü də daha pis formada. Keçmişdə olanlar indikinin yanında "toya getməli"di. Sonra da deyirik bu bağça, məktəb direktorları cah-cəlalı hardan alırlar? Görün bir məktəbdə hər il nə qədər məzun olur. Nə qədər uşaq 1-ci sinifə qədəm qoyur. Direktorlar, onlarla əlbir olan "fəal" işbaz müəllimlər təhsili buraxıb belə əyri işlərlə məşğul olurlar. Hamı da bunu bilir.
 
Tabe olduqları şəxslər də. Amma nədənsə susurlar. Məsələn, Bakıda Xətai rayonu Əhmədli qəsəbəsindəki 171 sayla tam orta məktəbdə qeyd etdiyim əməllərin hamısı olur. Bunu valideynlər deyir. Deyirlər elə sinif var dərsə 3-4 şagird gəlir.
 
Çünki qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər. Belə olanda həm məktəbin bəzi müəllimlərinin əlavə gəliri yaranır, həm də direktor uşağın məktəbə gəlməməyi üçün valideynə qiymət oxuyur. 3 min, 4 min, 5 min. Müxtəlif qiymətlər. Razılaşa da bilirlər. Yuxarı, aşağısı var. Bunu 171 saylı məktəbin direktoru Zemfira Məsiyeva və həmkarları daha yaxşı bilər.
 
Valideyn sözünü yazıram, amma qarşı tərəf olaraq onun da və digər məktəblərin mövqeyini də bildirməyə hazıram. Öz münasibətlərini yazsınlar.
 
Bildiyimə görə məktəblərdə müşahidə-nəzarət kameraları, mühafizəçilər olur. Şagirdlərin dərslərə davamiyyətini o kamera qeydlərinə baxaraq da bilmək olar.
 
Buyurun, hörmətli məktəb direktorları, fikrinizi bildirin. Özünüzə əminsinizsə, dürüst olduğunuzu sübut edin.

Qarşı tərəf kimi Zemfira Məsiyevanın sözügedən məsələ ilə bağlı açıqlamasını dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam