Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xaricdə oxuyan daha 95 nəfərin diplomu tanınmadı- FOTOLAR

 

Yanvar ayı üzrə 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Yenixeber.org-a verilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbilə 1, tədris yükü üzrə 1  nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 186, Rusiya Federasiyasından 171, Türkiyə Respublikasından 149, Gürcüstandan 41, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 17, İtaliyadan 13, Macaristandan 7, Polşadan 7, Amerika Birləşmiş Ştatlarından 4, İsveçdən 4, Qırğızıstan Respublikasından 4, Çin Xalq Respublikasından 3, Fransadan 3, Qazaxıstan Respublikasından 3, Belarus Respublikasından 2, Əlcəzairdən 2, Almaniyadan 1, Belçikadan 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Əfqanistandan 1, Estoniyadan 1, İspaniyadan 1, Kiprdən 1, Litvadan 1, Malavidən 1, Pakistan İslam Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 63, menecment üzrə 52, iqtisadiyyat üzrə 47, biznesin idarə edilməsi üzrə 37, dövlət və bələdiyyə idarəetməsi üzrə 19 müraciətçi qeydə alınmışdır.

Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam