Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Ötən ay xaricdə təhsil alan 260 nəfərin diplomu tanınmayıb

 Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı iyul ayı üzrə 1134 müraciətçinin 874-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 260 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Yenixeber.org: Təhsildə Keyfiyyət Təminatı Agentliyindən APA-ya verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 234, dövlət nümunəli olmayan diplom səbəbilə 7, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 7 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 429, Ukraynadan 385, Gürcüstandan 118, Türkiyə Respublikasından 111, Birləşmiş Krallıqdan 19, digər ölkələrdən isə 72 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 134, iqtisadiyyat üzrə 131, tibb üzrə 119, menecment üzrə 90, bizensin idarə edilməsi üzrə 54 müraciətçi qeydə alınıb.

Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 14 iş günü təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam