Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Xaricdə təhsil almış daha -38 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil almış daha 38 nəfərin diplomu tanınmayıb

İyul ayı üçün diplomların tanınması üzrə edilən müraciətlərin statistikası açıqlanıb.

Yenixeber.org: Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, ötən ay üzrə 257 müraciətçinin 219-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 38 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 12, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, digər səbəblər üzrə 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 121, Ukraynadan 50, Türkiyə Respublikasından 46, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 12, Gürcüstandan 11, digər ölkələrdən isə 17 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 70, hüquqşünaslıq üzrə 31, iqtisadiyyat üzrə 16, biznesin idarə edilməsi üzrə 15, menecment üzrə 13 nəfər müraciətçi qeydə alınıb.

Qeyd edək ki, iyul ayı ərzində sənədlərə ortalama baxılma müddəti 14 gün təşkil edib. Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün 

www.taninma.az

 internet keçidinə müraciət edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam