Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Elm və Təhsil Nazirliyinin ali təhsildən xəbəri yoxdur" -Ekspert

Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, ali məktəblərin müəllimlərinin imtahandan keçirilməsi məsələsi çox qaldırılıb.

Yenixeber.org: Bəs, ali məktəb müəllimlərinin sertifikasiyadan keçirilməsinə ehtiyac varmı?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu gün orta məktəblərdən fərqli olaraq, ali məktəblərin hər hansısa bir testlə yoxlamaya cəlb edilməsi dünya təcrübəsində belə yoxdur.

“Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyinin ümumiyyətlə, ali təhsildən xəbəri yoxdur. Orta ümumtəhsil məktəbləri vətəndaş yetişdirir və minimum bilik və bacarıqlara malik olan şagirdi formalaşdırmağı qarşısına hədəf qoyur. Ali məktəblər isə ixtisaslı mütəxəssis hazırlayır. Orta məktəblərimizin sayı 4432-dir və 1.6 milyon şagirdin hər biri birmənalı olaraq eyni şeyi öyrənib və öyrədir. Yəni Neftçaladakı müəllimlə Bakıdakı müəllimin keçdiyi tarix dərsi eynidir. Ali təhsil müəssisələrinin sayı 51 dir. Onların 44-ü əsasdır, 7-si filialdır. Onlar eyni şeyi keçmirlər. Məsələn, Azərbaycan Pedaqoji Universitetində Azərbaycan dili müəllimi ixtisasında keçirilənlə Gəncə Dövlət Universitetindəki fərqlidir. Və buna görə də ali təhsil müəssisələrindəki ixtisaslarla bağlı test hazırlamaq təcrübəsi yoxdur”, - deyə o, vurğuladı.

Təhsil ekspertinin sözlərinə görə, ali məktəb müəllimlərinin ölçülmə alətləri onların elmi tədqiqatları, məqalələri, beynəlxalq reytinqləridir. Kamran Əsədov hesab edir ki, Elm və Təhsil Nazirliyi orta məktəb müəllimləri ilə ali məktəb müəlllimlərini bir tərəziyə qoymamalıdır: 

“Yəni bu, orta məktəb müəllimləri deyil ki, sən deyəsən “Gəl sənə ixtisasından 40 sual, kurikulumdan 20 sual verim, mən səni yoxlayım". Ali təhsil müəssisələrinə qəbul prosesinin formatı şəffaf olmalıdır. Müəyyən müsahibələr təşkil edilməlidr. Amma bu, ali məktəbdə testlə öyrədilən bilik verilmir. Ali məktəbdə ixtisaslı mütəxəssis var. Məsələn, dağ mədən mühəndisi və yaxud da elektrik mühəndisi. Kim bunu yoxlayacaq? Onlar spesifik həmin universitetin ixtisaslarıdır. Ali məktəblərin attestasiyası, yalnız onların kafedraları tərəfindən həyata keçirilir və onlar öz müəllimlərinin bilik və bacarıqlarını yoxlaya bilərlər. Amma Elm və Təhsil Nazirliyinin ümumi müəllimləri eyni tərəziylə ölçməsi doğru yanaşma deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam