Eynur və dəstəsi Dubaydan Gürcüstan vasitəsilə Azərbaycana gələn malları oğurlayırlar…
Yenixeber.org: Vaxt var idi qaçaq-quldur yol kəsər, tacirlərin mallarını qarət edərdilər.
Bu ənənə deyəsən başqa formada bu gün də davam edir.
Amma təəcüblü odur ki, bu quldur dəstəsinin başında dövlət qulluqçusu, daha dəqiq desək, Qazax rayonu Təhsil şöbəsinin mühasibi Eynur “müəllim” dayanır. Eynur əvvəllər də dələduzluq əməlləri ilə məşğul olub. Ancaq bu dəfə əməlli-başlı mütəşəkkil cinayətkar dəstə yaradıb.
Eynurun quldur dəstəsinə Elvin Əhmədov, Səfər, Nəsrəddin daxildir.
Deməli bu dəstənin əsas işi Dubaydan Gürcüstan vasitəsilə Azərbaycana gətirilən malları oğurlamaqdır.
Deməli, sonuncu dəfə 2019-cu ilin oktyabr ayında Dubaydan Gürcüstana, oradan isə Azərbaycana gətirilməli olan böyük məbləğdə telefonları Eynurun göstərişi ilə Gürcüstanda onun yaxın qohumu və dostu Elvin Niyaz oğlu Əhmədov oğurlayaraq aparıb.
Nəticədə Eynurun quldur dəstəsinin üzvləri –Elvin Əhmədov, Səfər, Nəsrəddin Qazax polis şöbəsində 10 sutka yatıblar.
Bu hadisə baş verən anda Səfər gəlib deyib ki, mən bütün pulları ödəyirəm heç kimi tutmayın. Sonra dəstə başçısı Eynur Səfərə söz çatdırıb ki, biz sənə Xunday alacağıq heç kimi satma. Həmin vaxtlar Eynur obyekti keçirib xalasının ərinin adına. Sonra maşını keçirib başqasının adına.
Dəyən ziyanın ümumi məbləğ 138500 dollar olub.
Hazırda iş Qazax rayon polisinin istintaq şöbəsindədir. Əvvəl işlə Fərid adlı təhqiqatçı məşğul olub. Fərid hazırda baş təhqiqatçıdır. İndi işi təhqiqatçı Kamran aparır. Kamranın rəisi, yəni istintaq şöbəsinin rəisi Kazım müəllimdir.
Hazırda işi aparan Kamran RPŞ tərəfindən Bakıya ezam olunub.
Zərərçəkənlər cənab nazir Vilayət Eyvazova müraciət edərək işin obyektiv aparılmasını xahiş edirlər.
Bunlar guya kuryer fəaliyyəti ilə məşğul olurlar.
Həsənov Orxan Tələt oğlu kimdir ?
Bu barədə növbəti yazıda…(Gundəlik-Bakı.com)