Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Evə basqın edən quldur dəstəsi tutuldu -Hacıqabulda

Evə basqın edən quldur dəstəsi tutuldu -

Hacıqabul rayonunda evə basqın edən dəstə üzvləri saxlanılıb.

Yenixeber.org:  APA-nın məlumatına görə, Hacıqabul və Salyan rayon polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Hacıqabul rayonunun Qubalı kənd sakini Tağıyev Kazım Fazil oğlunun yaşadığı evə oğurluq məqsədilə daxil olaraq quldurluq edən şəxslər tutulub.

Quldur basqınını həyata keçirən şəxslərin Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini, 1992-ci il təvəllüdlü Elxan Maarif oğlu Kərimov, Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Rəvan Yengibar oğlu Qasımov, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş Cavidan Elxan oğlu Bağırlı, Hacıqabul rayonunun Udulu kənd sakini, 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Niyaməddin Dostəli oğlu Eminov və Sabirabad rayonunun Güdəcühür kənd sakini, 1986-cı il təvəllüdlü Elçin Nadir oğlu Əkbərov olduğu müəyyən edilib.

İstintaq müəyyən edib ki, dəstəyə evinə quldur basqını edilən Kazım Tağıyevin qonşusu Niyaməddin Eminov başçılıq edib. O, qonşusunun evində 80 min manat pulun olduğunu dəstə üzvlərinə xəbər verib. Daha sonra onun təklifi əsasında pulun quldurluq yolu ilə ələ keçirilməsi təşkil edilib.

Həmin şəxslər fevralın 13-də maska taxaraq gecə saat 02:40 radələrində Kazım Tağıyevin yaşadığı evə daxil olub, onun əl-qolunu və ağzını yapışqan lentlə bağladıqdan sonra mənzildə olan 13050 manat pulu, 2 blok siqareti və 1 ədəd mobil telefonu ələ keçirərək oranı tərk ediblər.

Faktla bağlı cinayət işi başlanıb, dəstə üzvlərinin digər cinayətlərdə də iştirakının olub-olmadığı araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam