Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Nizami rayonunda- heyvan kəsimi və satışı məntəqələrində  maarifləndirici monitorinqlər aparılıb

 

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nizami Rayon İcra Hakimiyyəti ilə birgə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Nizami Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları birgə rayon ərazisində fəaliyyət göstərən 39 heyvan kəsimi və satışı yerində maarifləndirici monitorinq keçiriblər.

Yenixeber.org: Monitorinq zamanı kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub. Eyni zamanda, koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.

Qeyd edək ki, rayon ərazisində əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam