Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fazil Məmmədova fövqəladə səlahiyyətlər verildi

 

Vergilər nazirinə tapşırılıb ki, məmur-oliqarxların nəzarətində olan bütün obyektləri, hətta qaçqınların adına rəsmiləşdirdikləri köşklər belə istisnasız olaraq vergiyə cəlb edilsi

Neftin qiymətinin kəskin düşməsi Azərbaycan hakimiyyətini büdcəyə daha ciddi nəzarət etmək üçün hərəkətə keçirib. Prezident İlham Əliyevin hökumət üzvləri ilə ötən iki ayda iki müşavirə keçirərək həm büdcədən ayrılan pulların xərclənməsinə, həm vergilərin ödənilməsinə ciddi nəzarət ediləcəyi barədə xəbərdarlığı da buna sübutdur.
Qeyd edək ki, 2015-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə 7 milyard 112 milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun da 4 milyard 812 mln. manatı və ya 67,7 faizi qeyri-neft sektorunun, 2 milyard 300 mln. manatı və ya 32,3 faizi isə neft sektorunun payına düşür. Bu, 2014-cü ilin proqnozu ilə müqayisədə 10 milyon manat və ya 0,1 faiz çoxdur.
Hökumətin büdcə xərclərinə nəzarəti gücləndirməklə bərabər iri şirkətlərə nəzarət edən oliqarxların “kəmərlərindən” yapışacağı da gözlənilirdi ki, bu proses artıq bütün ölkəboyu başlayıb.
297634Bir neçə gün əvvəl Vergilər Nazirliyində struktur dəyişiklikləri edən prezident vergilər naziri Fazil Məmmədova 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verməsi barədə sərəncam imzaladı. Bu sərəncam Vergilər Nazirliyinin yaradılması ilə əlaqələndirilsə də, “Yeni Müsavat”ın xəbərinə görə, F.Məmmədova vergilərin toplanması ilə bağlı fövqəladə səlahiyyətlər verilib. Nazirə tapşırılıb ki, istisnasız olaraq məmur-oliqarxların nəzarətində olan bütün istehsal müəssisələri – fabrik-zavodlar, restoranlar, hətta qaçqın və məcburi köçkünlərin adına rəsmiləşdirdikləri köşklər belə vergiyə cəlb edilsin. Bu vergitoplama oliqarxların nəzarətində olan səhiyyə sahələrindən tutmuş iaşə obyektlərinədək tətbiq edilir. Üstəlik, əvvəllər əlbəttə ki, daha yuxarıların razılığı ilə iri müəssisələrini külli miqdarda vergidən yayındıran oliqarxlara deyilib ki, qapılarını və ciblərini vergi müfəttişlərinin üzünə açsınlar, əks təqdirdə, onları pis aqibət gözləyə bilər. Yeri gəlmişkən, xarici neft şirkətlərinin ödənişlərini çıxmaq şərti ilə büdcə daxilolmalarının əhəmiyyətli hissəsi iri dövlət və özəl müəssisələrin payına düşür.
Etibar-P-300x165Borclu dövlət müəssisələri ilə bağlı da xüsusi tədbirlər planı işə düşüb. Məsələn, dövlət büdcəsinə borclu olan “Azerenerji” rəhbəri Etibar Pirverdiyevin vəsaitlərin toplanması səlahiyyətlərinin əlindən alınması bu planın tərkib hissədir. Dövlətə külli miqdarda borcu olan bəzi komitələrə də artıq xəbərdarlıq gəlib ki, yaxın vaxtlarda maliyyə toplanması ilə bağlı vəziyyəti düzəldə bilməsələr, onların rəhbərlik etdikləri qurumları da müvafiq nazirliklərin içərisində “əridəcəklər”. Bir mənbəmizin iddiasına görə, ləğv edilən və ya səlahiyyətləri məhdudlaşdırılan məmurlar bununla canlarını qurtarmır, onlar da illərdir yığdıqları pullardan “əlavə ödənəyə” vəsait verməyə cəlb edilirlər…
Vergi borcları ictimai rəyin o qədər diqqət yetirmədiyi, ancaq yetərincə nəhəng bir korrupsiya layihəsidir. Oliqarxlar nəinki dövlət vəsaitini və əmlakını mənimsəyir, hətta dövlətin büdcəsinə çatacaq pulu belə oğurlayırlar. 100-200 manatlıq vergi borcuna görə kiçik müəssisələr haqda az qala cinayət işi qaldıran Vergilər Nazirliyi iri dövlət müəssisələrinin milyardlarla ölçülən borcuna görə susmağa məcbur idi. Amma indi məhz hakimiyyətin ən yuxarılarından gələn “vergiləri ödəyin” tapşırığı elə F.Məmmədovun himayəsində olan şirkətlərə də aiddir.

7vMəlumata görə, vergi borcunu ödəməyən oliqarxların şirkətlərinin siyahısı tutulub və prezidentə təqdim edilmək üçün hazırlanır. Bu səbəbdən də oliqarxlar ciddi təlaşa düşüblər. Onların bir qismi vergi borclarını tezliklə ödəməyə hazır olduqlarını bildirib, bəziləri külli miqdarda vəsaiti toplamaq üçün vaxt istəyiblər. Bir az aşağı ranqlı məmurlar (onların sırasında bir neçə deputat da var) isə tez-tələsik 100-120 nəfərlik müəssisələrini və restoranlarını “bankrot” adı ilə bağlamağa başlayıblar. Amma Vergilər Nazirliyinin müfəttişləri deyib ki, bu üsulla yaxalarını kənara çəkə bilməzlər, çünki prosesə dövlətin ən üst düzeyindən ciddi nəzarət var və Bakı Avropa Oyunlarına onlar öz töhfələrin vergiləri ödəməklə verməlidirlər. Vergilər nazirinin tapşırığı ilə vergi ödəyiciləri üçün post-terminalların sayı da artırılır. Hazırda respublikada 82 min quraşdırılmış və aktiv fəaliyyətdə olan post-terminal var. Avropa Oyunlarınadək isə onların sayının 95 minə çatdırılması planlaşdırılır ki, bu da vergilərin yığılması prosesini daha da tezləşdirməlidir.

Qaynağımız deyib ki, məmurların xüsusilə səhiyyə müəssisələrində ƏDV artırılıb ki, bu da özəl tibb ocaqlarında xidmət haqqının artırılmasına səbəb olacaq.
Seçki ilində əllərində milyardlarla manat cəmləşən oliqarxiyanı hakimiyyət özündən narazı salmaq istəməz. Amma aydındır ki, iqtisadiyyatın zəifləməsi, büdcənin boşalması, inflyasiya və bahalaşmanın sürətlənməsi oliqarxlar üçün daha təhlükəlidir…
6jhYeri gəmişkən qeyd edək ki, verilən məlumata görə, bir neçə günün içində təkcə Bakı şəhərində olan 150-yə yaxın özəl tibb müəssisəsində “xronometraj” yoxlaması başlayıb. Yoxlamaların xüsusi tapşırıqla və məqsədli olması vergi müfəttişlərinin davranışlarından açıq-aydın hiss olunur. Xronometraj sona çatdıqdan sonra hər bir tibb müəssisəsi üçün əvvəlcədən müəyyən edilmiş rəqəm sahibkara elan edilir.
Məlumatlara görə, özəl tibb müəssisələrinə qoyulan aylıq vergi ödənişlərin miqdarının 30-50% və bəzi yerlərdə 100% (ikiqat) artırılması nəzərdə tutulur. Bu isə təxminən 20-50 min AZN miqdarında aylıq ödəniş deməkdir vergi orqanları ilə özəl sektor arasında bir müddət əvvəl partnyorluq sazişinin imzalanmasına baxmayaraq sonuncunun bütün tələbləri inkar edilir.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam