Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Özəl klinikalarda nə baş verir?

 

Vergilər Nazirliyinin özəl səhiyyə sektoruna qarşı tələblərinin gücləndirilməsi məsələsi gündəmə gəlib.
"Xeberinfo.com":  Məlumata görə, bir neçə günün içində, təkcə, Bakı şəhərində 150-yə yaxın özəl tibb müəssisəsində “xronometraj” yoxlaması başlayıb. 
Bildirilir ki, özəl tibb müəssisələrinə qoyulan aylıq vergi ödənişləri miqdarının 30-50% və bəzi yerlərdə 100% (ikiqat) artırılması nəzərdə tutulur. Bu isə, təxminən, 20-50 min AZN miqdarında aylıq ödəniş deməkdir. Proqnozlara görə, yeni qaydalar ilk növbədə tibbi xidmətlərin bahalaşmasına və tibb müəssisələrinə müraciətlərin azalmasına gətirib çıxaracaq. 
Məsələ ilə bağlı tibbi ekspert Adil Qeybulla Aktual.az-a bildirib ki, özəl kilinikalara yeni vergilərin tətbiq edilməsi narahatlıq doğurur: “Bu məsələ ilə bağlı birmənalı qərar yoxdur. Sadəcə, əvvəlcədən hansı proseslərin baş verəcəyi proqnozlaşdırılır. Özəl sektora qarşı tələblərin gücləndirilməsi tibbi xidmətlərə də müəyyən təsir edəcək. Tibbi xidmətlərin bahalaşması və tibb müəssisələrinə müraciətlərin azalması baş verə bilər. Amma bu məsələlər inflyasiya ilə də əlaqəlidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam