Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

190 manata 2 insan 1 ay necə yaşaya bilər? - Bir insanın yaşaması üçün lazım olan minimum xərclər -CƏDVƏL


Məlum olduğu kimi, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Tədbirlər planı təsdiq olunub.
Yenixeber.org: Tədbirlər planında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi də nəzərdə tutulub. Belə ki, işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində – 190 manat birdəfəlik ödəmə veriləcək.
Maraqlıdır ki, 190 manat bir nəfər üçün nəzərdə tutulan yaşayış minimumu olsa da bu məbləğ ailədən yalnız bir nəfərə verilir və ailənin digər işsiz üzvlərinə şamil edilmir. Yəni əgər ailədə həm ər, həm də arvad işsizdirsə onlardan yalnız birinə 190 manat müavinət veriləcək. Koronavirus pandemiyası səbəbində evdən çıxmlaraına məhdudiyyət qoyulan bu şəxslərin sosial müdafiəsinin necə təmin olunacağı barədə hələ ki, rəsmi qurumlardan heç bir açıqlama verilməyib. 
Məlumat üçün bildirək ki, “Yaşayış Minimumu Haqqında” Qanunda  yaşayış minimumunun “Minimum istehlak səbəti”nin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma olduğu göstərilir. “Minimum istehlak səbəti” isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Buradan belə görünür ki, yaşayış minimum yalnız bir insana imkan verir ki, o, öz sağlamlığını və həyat fəaliyyətinin minimum səviyyədə təmin edə bilsin.
Bəs görəsən, ailədə işləməyən iki nəfər - ər və arvad 190 manata necə dolana bilərlər?
Bildiyimiz kimi, kimi ölkədə “Minimum istehlak səbəti”nin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib.
Həmin qərara görə, bir insanın sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə təmin edə bilməsi üçün aşağıdakı cədvəldə qeyd olunan ərzaq, qeyri-ərzaq malları və xidmətlərdən istifadə etməsi zəruridir. 

Məhsullar və xidmətlərin adı Minimum
aylıq norma
Vahidin qiyməti Yekun qiymət
Çörək və çörək məhsulları (una çevirməklə) 11.4 kq 0.6 azn 6.8 azn
Kartof 4.6 kq 0.9 azn 4.1 azn
Tərəvəz və bostan məhsulları 8.1 kq 1.5 azn 12.1 azn
Meyvə və giləmeyvə 3.2 kq 2 azn 6.4 azn
Ət və ət məhsulları 2.7 kq 11 azn 29.7 azn
Süd və süd məhsulları (südə çevirməklə) 18.6 kq 1.8 33.5 azn
Balıq və balıq məhsulları 0.64 kq 8 azn 5.1 azn
Yumurta (ədəd) 13 ədəd 0.2 azn 2.6 azn
Şəkər və qənnadı məmulatları 1.4 kq 3 azn 4.2 azn
Bitki yağı, marqarin və digər piylər 0.9 kq 3 azn 2.7 azn
Kərə yağı 0.58 kq 15 azn 8.7 azn
Digər ərzaq məhsullar 0.39 kq 2 azn 0,8 azn
Su 5 kub metr 0.35 1.75 azn
Kanalizasiya 5 kub metr 0.15 0.75 azn
Qaz təchizatı 21 kub metr 0.1 azn 2.1 azn
Enerji təchizatı 50 kVt-saat 0.07 azn 3.5 azn
Rabitə ay 2,5 2,5 azn
İnternet xidmətləri ay 15 15 azn
Digər xidmətlər xərclərin 15%-i - 3.8 azn
Sabun, şampun, qab təmizləyici,  dərmanlar  və s.     10 azn
CƏMİ     166.1

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 




Onu da qeyd edək ki, karantin dövründə insanların evdə olacağını nəzərə alaraq qeyd olunan cədvəldə “Minimum istehlak səbəti”nə daxil olan bir sıra xərclər – geyim, nəqliyyat və s. göstərilməyib. Rəqmlərdən də göründüyü kimi evdən çıxmayan bir şəxsin minimium xərcləri 166 manat edir.  Rabitə və internet kimi bəzi xidmətlərdən  birgə istifadə etdiklərini nəzərə alsaq ailədə iki nəfərin - ər və arvadın minimum xərcləri üçün ən azı 300 manat lazımdır. Göründüyü kimi ayrılan 190 manatlıq yardım ailənin minimum tələblərini belə ödəmir.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam